İsa Həbibbəylinin oğluna yüksək vəzifə verildi

İsa Həbibbəylinin oğluna yüksək vəzifə verildi Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyinat olub.

Azvision.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı müvafiq fərmana əsasən, Səhət İsa oğlu Həbibbəyli Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.
Qeyd edək ki, Səhət Həbibbəyli bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışırdı.

S Həbibbəyli millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin oğludur

Oxşar xəbərlər