Azərbaycanda bəzi məhkəmə sədrləri və hakimlərin yeri dəyişdirilir

Azərbaycanda bəzi məhkəmə sədrləri və hakimlərin yeri dəyişdirilir Azərbaycanın birinci və ikinci instansiya məhkəmələrində fəaliyyət göstərən bəzi hakimlərin yeri dəyişdirilir.
E-huquq.az verdiyi məlumata görə, məhkəmə hakimiyyətində aşağıdakı yerdəyişmələrin olacağı gözlənilir.

Şəki Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov - Bakı Apelyasiya Məhkəməsinə;

Gəncə Apelyasiya Məhkəməsinin hakimi Nuru Quliyev - Şəki Apelyasiya Məhkəməsinə;

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri Tofiq Paşayev - Sumqayıt Şəhər Məhkəməsinə;

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri Vəli Abdullayev - Şirvan Şəhər Məhkəməsinə;

Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri Rəşad Əliyev - Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə;

Şəki Apelyasiya Məhkəməsinin hakimi Mirbahəddin Hüseynov - Gəncə Apelyasiya Məhkəməsinə;

Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Nazim Mövsümov - Ali Məhkəməyə;

Bakı İnzibati Məhkəməsinin hakimi İlkin Rəcəbov - Ali Məhkəməyə təyin olunacaq.

Oxşar xəbərlər