Xəzər dənizində 3,4 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 04:20-də qeydə alınıb.
Zəlzələ ocağı 47 kilometr dərinlikdə yerləşib.