Bakıda daha bir yolda yenilik - Foto

Bakıda daha bir yolda yenilik - Foto Hövsan qəsəbəsində piyadaların intensiv hərəkət etdiyi yolda təhlükəsizlik səviyyəsi artırılıb. Belə ki, İlqar Əhlimanov ilə Hafiz Quliyev küçələrinin kəsişməsində piyadaların təhlükəsizliyinin və nəqliyyat vasitələrinin növbəliliyin təmin edilməsi məqsədilə svetofor obyektləri quraşdırılıb.

Bu barədə BNA-dan “Qafqazinfo”ya məlumat verilib. Bildirilib ki, qeyd olunan ərazi sıx məskunlaşma zonası hesab edilir. Həmçinin, ətrafda 3 orta məktəb binası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölməsi yerləşir.

Svetofor obyektlərinin quraşdırılması nəticəsində, kəsişmədə nəqliyyat axınları arasındakı mövcud konflikt nöqtələri aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin olunub, nizamlanan eyni səviyyəli piyada keçidləri və panduslar sayəsində ətraf ərazilərdə yerləşən məktəblər, o cümlədən sakinlərin təhlükəsizliyi və rahatlığı təmin olunub, əlçatanlıq səviyyəsi artırılıb.

Hazırda bir sıra ehtiyac olan digər ərazilərdə də bu kimi nizamlanan yolayrıcları və eyni səviyyəli piyada keçidlərinin təşkil edilməsi istiqamətində işlər aparılır.


Bakıda daha bir yolda yenilik - FotoBakıda daha bir yolda yenilik - Foto

Oxşar xəbərlər