Prezident İlham Əliyevin yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır, milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət amilləri üzərində qurulub" söyləyən baş redaktor vurğulayıb ki, cənab İlham Əliyev hər zaman hücum diplomatiyasının davam etdirilməsini qarşıya əsas hədəf kimi qoyur. Dünyada ermənilərin, ermənipərəst qüvvələrin, ölkəmizin uğurlarını həzm etməyən anti-Azərbaycan dairələrin dezinformasiyalarına, əsassız iddialarına qarşı həqiqətlərimizi qoymalı, faktlara əsaslanan təbliğatımızla bu cəhdlərin qarşısını almalıyıq. Azərbaycan bunun üçün bütün imkanlardan maksimum istifadə edir. Dost və qardaş ölkələr olan Azərbaycanla Türkiyə arasında media sahəsində əməkdaşlıqla bağlı Anlaşma Memorandumunun imzalanması, Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək səviyyəli rəsmilərinin 3-cü toplantısı çərçivəsində müzakirələrdə hazırkı dövrün reallıqlarının düzgün dəyərləndirilməsi üçün birgə addımların atılmasına böyük ehtiyacın olduğunun bildirilməsi də bunun təsdiqidir. Birmənalı şəkildə demək olar ki, istər müharibə dövründə, istərsə də postmünaqişə mərhələsində cənab İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında mühüm rol oynayır. Azərbaycanın diplomatik mübarizədə qələbəsi döyüş meydanında Zəfərini şərtləndirən amillər sırasındadır.
Ermənistan münaqişənin həllini istəməyib. Əraziləri azad etdikdən sonra gördüklərimiz göstərir ki, münaqişənin həllinin olmaması üçün hər şey ediblər. Onlar nəhəng istehkamları, müdafiə xətlərini tikməklə, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyiblər. Qarabağ mövzusu həmişə ölkənin bütün gündəliklərində olub. Bütün beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ məsələsi hər zaman prioritet olub. Rəsmi İrəvan elə bilirdi ki, bizimlə 1992-ci ildəki döyüşü aparacaqlar. Lakin Azərbaycan fərqlidir, xalq fərqlidir, cəmiyyət fərqlidir. Ölkəmiz həmişə konstruktiv mövqedə olub. Münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olmuşuq, çünki biz münaqişədən əziyyət çəkən tərəfik.
Əhmədova Güllü, 5 saylı Uşaq Yolxucu Xəstəxanasının baş həkimi