Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal altında qalan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini, Qarabağın incisi Şuşa şəhərini işğaldan azad etdi. Şuşanın alınması ilə Ermənistan məğlubiyyətini dərk etdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çarəsi qalmadı. Noyabrın 10-da Azərbaycan, Rusiya, Ermənistan arasında üçtərəfli bəyanat imzalandı. Bu bəyanat nəticəsində Ağdam, Kəlbəcər, Laçın qan tökülmədən azad olundu.
Azərbaycan xalqı 44 günlük müharibədə bir yumruq kimi birləşdi. Bu müharibədə nənələr nəvələrinə "get, düşməni parçala" deyə cəsarət verdi, babalar təqaüdlərini əsgərə yardım olaraq bağışladı, atalar oğulları ilə birgə cəbhədə döyüşdü, analar isə bütün əsgər balalarına dualar etdilər. Bu müharibədə qadınlar öz şəhid yoldaşlarını başları dik çiyinlərində daşıdılar. Vətən müharibəsində bir şəhidə min göz ağladı. İnsanlar yoldan keçən əsgər maşınlarının içinə su, yemək, meyvə, isti geyim atmaq üçün saatlarla gözlədilər. Uşaqdan qocaya kimi hər kəs bacardığı qədər əsgərlərə yardım etməyə çalışdı. Məktəblilər cəbhəyə odlu-alovlu, cəsarət dolu məktublar göndərdilər.
Müharibədən sonra 8 dekabr 2020-ci ildə "Azərbaycan Ordusuna Yardım" fondu, "Yaşat" Fondu, 4 yanvar 2021-ci ildə isə "Qarabağ Dirçəliş Fondu" yaradıldı. "Azərbaycan Ordusuna Yardım" Fondu ordunu müasir maddi-texniki baza ilə təmin etmək, hərbçilərin sosial müdafiəsini gücləndirmək, "Yaşat" Fondu döyüşlərdə əlil və həlak olanların ailə üzvlərinə yardım etmək, "Qarabağ Dirçəliş Fondu" isə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması məqsədilə yaradılmışdır. Bütün bu fondlar cəmiyyət və dövlət birliyinin təcəssümüdür.
"Yaşat" Fondu şanlı savaşımızda yaralanan qaziləri və şəhid olan igidlərimizin adını, xatirəsini, onların əmanəti olan doğmalarını yaşatmaq, onlara dayaq olmaq məqsədilə dövlət tərəfindən yaradılan və cəmiyyətin milli birlik və bərabərlik ruhundan doğan hislərinin maddi qarşılığı olan ianələrin, yardımların toplanması və nəzarət olunması işlərinə baxan bir fonddur. Görülən işlərə baxdıqda yeni doğulan şəhid övladlarının bütün zəruri xərclərinin qarşılandığı, adlarına bank hesabı açılaraq 5000 manat məbləğində maddi yardım göstərildiyi, şəhid övladlarının özəl məktəblərdə və universitetlərdə ödənişsiz təhsil alması üçün xərclərin qarşılandığı, müharibədə zədə alan əsgərlərin bütün tibbi xərclərinin qarşılandığı, lazım gəldikdə əlil şəxslərin problemlərinin həll olunması məqsədilə Türkiyə, İsrail və başqa ölkələrə göndərildiyi və bir sıra digər önəmli layihə və
planların hazırlandığının şahidi oluruq. Bütün bunlardan başqa "Yaşat" fondunun rəhbərliyi altında şəhid övladları "Övladlarımız Tək Ürək" 18 mart Şəhidləri Anma və Çanaqqala Dəniz Zəfərinin 106-cı ildönümünə həsr olunmuş proqramda iştirak etmişlər. Bu addım şəhid övladlarının qürurlandırılması üçün mühüm hadisə idi. Qeyd etmək lazımdır ki, "Yaşat" Fondu həftəlik hesabatlar hazırlayır. Hesabatda neçə ailəyə nə qədər yardım göstərildiyi qeyd olunur. Bu da xalqın Fonda olan inamını daha da artırır.
Torpaq uğrunda canlarından keçən şəhidlər və qazilər hər zaman dövlətin və xalqın diqqət mərkəzində olmuşdur. Onların ailələri, doğmaları bizim baş tacımızdır. "Yaşat" Fondu bu insanlara sevgimizi, hörmətimizi göstərə bilməyimiz üçün bir vasitədir.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Qarayeva