Peyvənd olunan müəllim və texniki heyətin sayı açıqlandı

Peyvənd olunan müəllim və texniki heyətin sayı açıqlandı Ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu proses çərçivəsində bu günədək 50 faizdən çox müəllim və texniki heyət COVID-19 əleyhinə peyvənd olunub.

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

"Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir", - Nazirlikdən qeyd edilib.

Oxşar xəbərlər