SON DƏQİQƏ! Əhaliyə gecə ilə müjdə verildi: Nazir müavini şəxsən açıqladı

SON DƏQİQƏ! Əhaliyə gecə ilə müjdə verildi: Nazir müavini şəxsən açıqladı Bu il pensiyalarda artım olacaq. Hazırda pensiyaların neçə faiz artacağı məsələsi dəqiqləşdirilir.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Xəzər TV-nin "Birinci Studiya" proqramının qonağı olan A.Kərimov bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 8 faiz, başqa sözlə, 360 milyon manat artıb. Artıq Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 5,1 milyard manata çatdırılıb.

Nazir müavini deyib ki, DSMF-nin büdcəsinin 97 faizi sırf sosial ödənişlərə gedir. Onun sözlərinə görə, son iki il ərzində sosial ödənişlərə xərclənən vasaitin həcmi 1 milyard manat artıb.

A.Kərimov açıqlayıb ki, son iki il ərzində DSMF təqribən 570 milyon manata qənaət edib və dövlət büdcəsinə qaytarıb. Eyni zamanda, növbəti illər üçün də qənaət yastığı yaradılıb.

O xatırladıb ki, ötən il pensiyalar, təqaüdlər və müavinətlər artırılıb: "Artımlar 2021-ci ildə də davam etdiriləcək. Keçən il pensiyalarda 13 faiz artım oldu. Bu il də artım olacaq. Hazırda pensiyaların nə qədər artacağı dəqiqləşdirilir".

Nazir müavini onu da deyib ki, Azərbaycanda 1 milyon 200 min pensiyaçı, 300 minə yaxın təqaüdçü və 500 min nəfər müavinət alan var.

Oxşar xəbərlər