Güclü dövlətin əsasını təşkil edən predmentlər hər zaman dövləti irəliyə çəkir. Son zamanlar ölkəmizdə baş verən yeniliklərə əsaslanaraq ölkəmizin güclü və dayanıqlı olması hər birimizə sübut oldu.
2020-ci ilin ilk günlərindən etibarən dünyanı ağuşuna alan və hələ də bütün bəşəriyyəti əsarətdə saxlayan COVID-19 pandemiyası, enerji bazarlarında bir müddətdir özünü göstərən qeyri-sabit mənzərə, 30 illik həsrətə son qoyan 44 günlük Vətən Müharibəsi əlbəttə ki, iqtisadiyyatımıza təsirsiz ötüşə bilməzdi. Ancaq, əldə olan statistikalarla bunu demək mümkündür ki, Azərbaycan iqtisadiyyatının göstəricilərində ciddi azalmalar müşahidə edilməmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə dediyi kimi, 2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb. Əlbəttə ki, bunun da özünə məxsus səbəbləri vardır. Belə ki, dövlətimizin iqtisadi inkişafından qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyi təmini üçün güclü potensial yaratmışdır.
Beynəlxalq təşkilatların proqnozlarında istər Azərbaycan iqtisadiyyatında, istər dünya səviyyəsində qlobal iqtisadi artım templərində 2021-ci ildən başlayaraq müsbət artım templərinin olacağı proqnozlaşdırıır. Beynəlxalq Valyuta Fondunun artım göstəricilərində Azərbaycan üçün 2021-
ci ildən başlayaraq 2 faiz ətrafında artım proqnozlaşdırılır. Təbii ki, bu nikbin proqnozlar işğaldan azad olunmuş Azərbaycan ərazilərinin iqtisadi dövriyyəyə cəlb olunması və bu prosesdən əldə olunmuş nəticələrin iqtisadi artımda yaradacağı əlavə dəyər nəzərə alınaraq hesablanmaqdadır. Beynəxalq reytinqlərdəki müqayisəli göstəricilərə nəzər salsaq görərik ki, ölkələrin qiymətləndirilməsi zamanı nəzərə alınan əsas göstəricilərdən biri də məhz uzunmüddətli strategiyaların mövcudluğu ilə bağlıdır. Bu istiqamətdə hərəkət edərək, xatırlatmaq istərdim ki, 2012-ci ildə ölkə başçısı - cənab İlham Əliyevin fərmanı il“ əAzərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası təsdiq olunmuşdu. İcrası səkkiz illik bir dövrü əhatə edən bu konsepsiyada məhz inkişafın 3 komponenti üzrə prioritetlər müəyyənləşdirilmişdi. Bu həm iqtisadi imkanların genişləndirilməsi, həm sosial rifahın yaxşılaşdırıması, həm də ətraf mühitin qorunması və ekoloji sferanın yaxşılaşdırlması ilə bağlı hədəflər idi. “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasının icrası prosesində də bir sıra uğurlu nəticələr əldə olundu. Buna baxmayaraq dünyada baş verən bir sıra proseslər inkişaf konsepsiyasındakı bəzi hədəflərin növbəti illərdə də icrasına zəmin yaratmış oldu.
Təbiidir ki, dəyişən dünyada baş verən hadisələr yeni inkişaf trendlərinin müəyyənləşdirilməsi zərurətini yaradır. Dünya artıq dördüncü sənaye inqilabını yaşayır. Bu dövr nanotexnologiyalar və süni-intellekt dövrüdür. Ölkəmiz də bu istiqamətlərdə inkişafı özünə əsas hədəf olaraq seçib. Bəli, ölkəmiz dünyanın aparıcı perspektivli çağırışlarına açıq və ilk reaksiya verən ölkələrdən biridir.
Yaxın günlərdə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” in fonunda da gələcəyin konturlarını görə bilərik. Risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət edən sözügedən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir. Məhz qarşıya qoyulan milli prioritetlərin beş bölümünün hər birində biz iqtisadiyyatın, insanın, cəmiyyətin, işğaldan azad olunmuş torpaqlarımızın bərpasını və orda məskunlaşmanın təmin olunmasını, ekologiyanın qorunmasını, yaşıl enerjinin daha da artırılmasını görürük. Burada əsas məsələ komplekslikdən, ardıcıllıqdan, inkluzivliyə açıq olmaqdan və müasir çağırışlara vaxtında cavab verməkdən ibarətdir.
Şübhə yoxdur ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq olunması həm yerli çağırışların qarşılanması istiqamətində tədbirlərin həyata keçirilməsində, həm də beynəlxalq səviyyədə reytinqlərin artırılmasında, investisiyaların cəlb olunmasında, qeyri-neft sektorunun inkişafı və dayanıqlı artan rəqabətli iqtisadiyyatın formalaşdırılmasında yeni imkanların yaranmasına səbəb olacaqdır. Uzunmüddətli dövrdə iqtisadi artım sağlam və tarazlı olmalıdır. Belə iqtisadi artım ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaradır. Bu prioritetin effektiv həyata keçirilməsi üçün isə iki məqsəd təmin olunmalıdır: davamlı və yüksək iqtisadi artım, habelə daxili və xarici təsirlərə dayanıqlıq.
Onu da vurğulamaq istərdim ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” konsepsiyası BMT-nin də 2030-cu ilə qədər dayanıqlı inkişaf
çağırışlarına uyğun bir konsepsiyadır. Bu həm də Azərbaycanın bir dünya dövləti olmasını, dünya birliyindən gələn çağırışlara adekvat cavab vermək imkanında, iqtidarında olan güclü bir dövlət olmasının göstəricisidir. Sözü gedən Konsepsiyanın əsas xətti kimi sosial ədaləti, cəmiyyətin hər bir fərdinə şəraitin yaradılmasını, cəmiyyətin-dövlətin əldə etdiyi maddi-mənəvi dəyərlərin hər bir kəsə əlçatan olmasını görmək mümkündür. Məhz bu layihələrin, bu poqramların həyata keçirilməsi Azərbaycanı regionun aparıcı dinamik bir dövlətinə çevirəcək və bundan sonrakı layihələr daha çox Azərbaycanın dünya dövlətinə çevrilməsinə aparacaqdır.
Bu konsepsiyanın istiqamətlərindən biri sənəddə də qeyd olunduğu kimi, Azərbaycanın 2016-cı ildə qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası ilə bağlıdır. Bu konsepsiya sözü gedən sənəddəki hədəflərə çatmaqda öz tövhəsini verəcəkdir. Bildiyimiz kimi Azərbaycan regionda bu il üçüncü ölkə olacaq ki, dayanıqlı inkişafa dair öz milli hesabatını BMT-nin iqtisadi və sosial şurasına təqdim edəcəkdir. Azərbaycan ümumiyyətlə regionun çox sürətlə inkişaf edən dövlətidir. Regionda Azərbaycanın iştirakı və təşəbbüsü ilə bir çox regional layihələr də həyata keçirilib və bundan sonra da keçiriləcəkdir.
Xədicə Babayeva, 112 saylı orta məktəbin direktoru