Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib.
Ölkə.Az xəbər verir ki, nazir Rəşad Nəbiyevin əmri ilə bu vəzifəyə Samir Qaçay oğlu Məmmədov gətirilib.
S.Məmmədov bu təyinata qədər “Enginet İnvest” MMC-də direktor vəzifəsində çalışıb.
Xatırladaq ki, yanvarın 26-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunmuş Rəşad Nəbiyev bir neçə gün öncə nazirlikdə vəzifə tutan bir sıra şəxsləri işdən çıxarıb.
Məlumata görə, vəzifəsini itirənlərdən biri keçmiş nazir Ramin Quluzadənin müşaviri, həm də Nazirliyə məxsus "AzInTelekom" MMC-nin direktoru vəzifəsini müvəqqəti icra edən Leyla Məmmədovadır. O, bundan sonra yalnız adı çəkilən şirkətə rəhbərlik edəcək.
Bundan başqa, Nazirliyin Aparat rəhbərinin müavini Zamin Nurəhmədov, keçmiş nazirin köməkçiləri Emin Məmmədov və Mələk Məmmədova da vəzifələrindən azad edilib. R.Quluzadənin hər iki köməkçisini özünün yeni iş yerinə (Prezidentin İşlər İdarəsinə) müxtəlif vəzifələrə apardığı deyilir.