Şuşada yol qəzası: Bir hərbçimiz həlak oldu, ikisi yaralandı - SON DƏQİQƏ

Şuşada yol qəzası: Bir hərbçimiz həlak oldu, ikisi yaralandı - SON DƏQİQƏ Şuşa istiqamətində bir hərbçinin həlak olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 12-də baş vermiş qəza nəticəsində Beyləqan rayonu Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

Faktla bağlı araşdırma başlayıb.

Qeyd edək ki, həlak olan hərbçi Həsən Yaqubov "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdi.

Oxşar xəbərlər