Murovdağda qar uçqunu - Hərbçimiz həlak oldu

Murovdağda qar uçqunu - Hərbçimiz həlak oldu Fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda hərbi qulluqçunun nəşinin dərin yarğandan çıxarılaraq təxliyə edilməsi üzrə tədbirlər həyata keçirilir.

Oxşar xəbərlər