96 gün sonra şəhid xəbəri gəldi…

96 gün sonra şəhid xəbəri gəldi… 44 günlük Vətən müharibəsində itkin düşmüş Sabirabad rayonunun Poladtoğay kənd sakini Əhmədli Əhməd Anar oğlunun şəhid olması xəbəri gəlib.

Bu barədə “Qafqazinfo”ya Poladtoğay kəndinin də daxil olduğu Azadkənd bələdiyyəsinin sədri Amil Vəlişov məlumat verib.

Onun sözlərinə görə, ailəsi Əhməd Əhmədlidən 96 gün idi ki, xəbər ala bilmirdi.

Hazırda Ə. Əhmədlinin nəşi rayona gətirilir. Şəhidimiz bu gün doğulduğu kənddə torpağa tapşırılacaq.


96 gün sonra şəhid xəbəri gəldi…

Oxşar xəbərlər