Evdə müalicə alan COVID-19 xəstələri ilə bağlı VACİB AÇIQLAMA

Evdə müalicə alan COVID-19 xəstələri ilə bağlı VACİB AÇIQLAMA "Biz hər bir şeyi düşünərək mərhələli şəkildə addımları atdıqdan sonra lazımsız yüklənmələrin qarşısnı alırıq. Xəstə olan şəxslər özündə narahatçılıq müşahidə etdiyi zaman bu heç də o demək deyil ki, 100 faiz hər bir narahatçılıq koronavirus infeksiyası olacaq. Təbii ki, müəyyən əlamətlər var. Düşməyən hərarət, halsızlıq, əzələlərdə yorğunluq və başqa hallar olduğu zaman dərhal təcili yardıma müraciət etmək lazım deyil. Bu halda sistemin blok olmasına gətirib çıxarır".
Bu fikri Milli Məclisin üzvü, həkim Müşviq Məmmədli bildirib.

Deputatın sözlərinə görə, ilk növbədə poliklinika həkiminə müraciət olunmalı və vacib məsləhətləri onlayn və telefon şəklində ondan almalıdır:

"Burda yüngül formalardan söhbət gedir. Əgər narahatlıqlar başlayırsa, əlamətlər şiddətlənirsə, bu zaman testin edilməsi vacibdir. Bundan sonra təcili tibbi yardımın işi başlayır və koronavirus aşkar olunarsa, həmin insan ailə üzvləri və yaxınlarını qorumaq baxımından təcrid müxanizminə keçirir.

Bəzən sadə koronavirus aşkar olunduqdan sonra külli miqdarda dərman preparatları, antibiotik, antivirallar qəbul edilir və xalq arasında sistem qoşdurmaq kimi yayılan vena daxilinə inyeksiyalar olunur. Bunlar tamamilə kökündən yalnış addımlardır. Heç bir panikaya düşmədən, həkimə müraciətdən sonra lazım olan cüzi miqdarda antiviral və vitamin preparatları qəbul edilir və yataq rejiminə riayət olunur.

Əgər növbəti mərhələdə narahatçılıqlar yaranacaqsa, müayinələr və ağırlaşmaların qarşısını alan və lazım olan digər preparatlar qəbul edilir. Normal vəziyyətdə, ciddi şəkildə və vaxtında müdaxilə edilmiş koronavirusa yoluxmuş və başqa ağırlaşmaları, potologiyaları olmayan şəxslər 5-ci gündən sonra prosesin artıq geri dönməsini müşahidə edir. Çox rahatlıqla sağalırlar.

Diqqətizlik etdikdə, dost və tanışın məsləhəti ilə müxtəlif preparatlar qəbul edildikdə və yalnış müalicələr olunduqda, ağırlaşmalar ortaya çıxır. Yalnış müalicəni etməkdənsə, müalicəni etməmək daha müvafiq sayılır. Çünki yalnış müalicənin ağırlaşmaları sonra əlavə problemlər yaradır".(baku.ws)

Oxşar xəbərlər