Bakıda yağış nəqliyyatın hərəkətini iflic etdi - FOTOLAR

Bakıda yağış nəqliyyatın hərəkətini iflic etdi - FOTOLAR "Gecə saatlarından davam edən yağışla əlaqədar bəzi yollarda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb".

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

"Hazırda qeyd olunan küçə və prospektlərdə sıxlıq müşahidə olunur: H.Əliyev prospekti şəhər mərkəzi istiqaməti kənar yol, Q.Qarayev prospekti, H.Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqaməti, Z.Bünyadov küçəsi - 20 Yanvar dairəsi istiqaməti, Ü.Hacıbəyov küçəsi, Ə.Yaqubov küçəsi - Bayıl dairəsi, A.Şərifzadə küçəsi, M.Füzuli küçəsi.
Yollardakı mövcud vəziyyət səbəbindən hazırda bütün istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında gecikmələr var", - deyə o qeyd edib.

Bakıda yağış nəqliyyatın hərəkətini iflic etdi - FOTOLAR Bakıda yağış nəqliyyatın hərəkətini iflic etdi - FOTOLAR Bakıda yağış nəqliyyatın hərəkətini iflic etdi - FOTOLAR Bakıda yağış nəqliyyatın hərəkətini iflic etdi - FOTOLAR

Oxşar xəbərlər