Daxili İşlər Nazirliyi həftəsonu lisenziyası olan şəxslərin taksi fəaliyyəti ilə məşğul ola biləcəyini açıqlayıb.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həftənin şənbə və bazar günləri taksi fəaliyyəti ilə məşğul olmağa müvafiq icazəsi olan taksilərin fəaliyyəti məhdudlaşmayacaq:
“Buraya taksi xidməti göstərən şirkətlər və taksi xidməti ilə məşğul olmaq üçün müvafiq lisenziyası olan şəxslər də daxildir”.