Xəbər verildiyi kimi, xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb. Bu uzadılma müddətində həftəsonlarında daha sərt qaydalar tətbiq olunacaq. Qarşıdakı həftəsonları (4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək; 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək) bütün ictimai nəqliyyatın hərəkəti tam dayandırılacaq, insanların da hərəkəti maksimum dərəcədə məhdudlaşdırılacaq. Lakin qaydaların sərtləşdirilməsinə baxamayaraq, bəzi sahələrin fəaliyyətinə və inasanlara zəruri ehtiyaclarını təmin etməsi üçün müəyyən qaydalar çərçivəsində hərəkətlərinə icazə veriləcək. Belə olan təqdirdə həftəsonları ictimai nəqliyyatın tam dayandırılması insanlara müəyyən problemlər yaradacaq. Bunun üçün onlar mənzil başına çatmaq üçün ya öz şəxsi avtomobillərindən, və yaxud da taksi xidmətindən istifadə etməlidirlər.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev e-huquq.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabineti Operativ Qərargahın tətbiq etdiyi qadağalar ictimai nəqliyyatla bağlıdır və taksilərin fəaliyyətinə tətbiq olunmayacaq.
“Ölkə.Az” məsələni dəqiqləşdirmək üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlamasında bildirib ki, hazırda bu məsələ müzakirə olunur və günün ikinci yarısında ictimaiyyətə məlumat veriləcək.
“Bu barədə hələ ki, dəqiq məlumat yoxdur. Hazırda Bir saatdan sonra rəhbərliyin iştirakı ilə məsələ müzakirə olunur. Günün ikinci yarısında ictimaiyyətə həftəsonları taksi fəaliyyətinin hərəkəti barəsində geniş məlumat veriləcək”,- deyə o, qeyd edib.