Fəaliyyətdə olduğu müddətdə Хəzər Universiteti öz orijinal təhsil modeli ilə, tətbiq etdiyi tədris proqramlarının müasirliyi, verdiyi təhsilin keyfiyyəti və ciddiliyi ilə həm Azərbaycanda, həm də Azərbaycandan kənarda hörmət və nüfuz qazanmışdır

Fəaliyyətdə olduğu müddətdə Хəzər Universiteti öz orijinal təhsil modeli ilə, tətbiq etdiyi tədris proqramlarının müasirliyi, verdiyi təhsilin keyfiyyəti və ciddiliyi ilə həm Azərbaycanda, həm də Azərbaycandan kənarda hörmət və nüfuz qazanmışdır Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Hamlet İsaxanlını tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıdı.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Hamlet İsaxanlı bu işin müqəddəsliyini qoruyub saxlayır. Hamlet İsaxanlı kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Hamlet İsaxanlıdan danışdılar yaxşı ki, Hamlet İsaxanlı Xəzər Universitetinin təsisçisidir…Hamlet İsaxanlı öz isguzarlığı ilə tanınır və seçilir….

Hamlet İsaxanlı Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Hamlet İsaxanlını heç vaxt əqidəsindən döndərə bilməz.

Hamlet İsaxanlı böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Hamlet İsaxanlı yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Hamlet İsaxanlı ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Hamlet İsaxanlının böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Hamlet İsaxanlı insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Xəzər Universiteti Azərbaycanda fəaliyyətə başlayan ilk ingilisdilli ali məktəbdir.

Xəzər Universiteti Azərbaycanın təhsil siyasətində qabaqcıl rol oynayan ilk tədqiqat yönümlü özəl ali məktəbdir.

Xəzər Universiteti Azərbaycanda sənaye və iş dünyası ilə, aparıcı yerli və beynəlxalq şirkətlərlə geniş əlaqəsi olan ali məktəblərdən biridir.

Xəzər Universiteti Azərbaycanda yeganə Universitetdir ki, onun tədris siyasəti və diplomları Avropa və Amerikanın aparıcı Universitetləri tərəfindən tanınır.

Xəzər Universiteti Azərbaycanda kredit sistemini tətbiq edən ilk ali məktəbdir.

Xəzər Universitetində əsas təhsil dili ingilis dilidir. Bu, tələbələrin müasir dərsliklərdən istifadə etməsi, təhsillərini xaricdə davam etdirməsi, xaricdən gələn müəllimlərin effektli dərs deməsi və s. kimi işlərə geniş imkan verir.

Xəzər Universitetində keyfiyyət həmişə əsas meyar olmuşdur. Universitetdə yaradılmış «Ali təhsildə keyfiyyətin təminatı mərkəzi» ölkəmizdə bu sahədə fəaliyyətə başlayan ilk qurumdur.

Təhsildə keyfiyyəti və beynəlxalq standartları təmin etmək üçün Xəzər Universiteti beynəlxalq əlaqələrini daimi inkişaf etdirir, eləcə də ölkəmizdə fəaliyyət göstərən tanınmış yerli və xarici şirkətlərlə yaxından əməkdaşlıq edir.

Xəzər Universitetində Mühəndislik, tətbiqi elmlər, iqtisadiyyat, biznes idarəçiliyi, humanitar və sosial elmlər, beynəlxalq münasibətlər, təhsil və s. sahələr üzrə kadr hazırlığı aparılır.

Müxtəlif ixtisaslar üzrə magistr proqramları, Fəlsəfə doktoru (Ph.D.) proqramları və Azərbaycanda ən nüfuzlu proqramlardan olan MBA proqramı universitetin təhsil sistemində mühüm yer tutur.

Fəaliyyətdə olduğu müddətdə Хəzər Universiteti öz orijinal təhsil modeli ilə, tətbiq etdiyi tədris proqramlarının müasirliyi, verdiyi təhsilin keyfiyyəti və ciddiliyi ilə həm Azərbaycanda, həm də Azərbaycandan kənarda hörmət və nüfuz qazanmışdır.

Uni­versitetdə 2000-ə yaxın yerli və xarici tələbə təhsil alır.

Professor-müəllim heyətinin təxminən 10 faizi universitetin öz məzunlarıdır.

Xəzər universiteti xaricdən dəvət edilmiş mütəxəssislərin, eləcə də xaricə göndərilmiş müəllim və tələbələrin sayına görə Azərbaycanın və yaxın bölgənin ən qabaqcıl ali məktəbidir.

Universitet nəzdində «Dünya» məktəbi, müxtəlif elmi mərkəzlər və tədqiqat institutları fəaliyyət göstərir.

Universitetdə azərbaycanlılarla yanaşı ABŞ, bir sıra Avropa ölkələri, eləcə də Çin, Koreya, Hindistan, Pakistan, İran, İraq, Türkiyə, Misir, Nigeriya, Anqola, bir sıra MDB ölkələri, və s. ölkələrdən əcnəbi tələbələr təhsil alır. Əcnəbi tələbələr təhsil alan tələbələrin təxminən 10-12 faizini təşkil edir.

Universitetdə 200-dən çox professor-müəllim heyəti çalışır. Bunlar həm tanınmış yerli, həm də xaricdən dəvət olunmuş mütəxəssislərdir.

Yerli mütəxəssislərin əksəriyyəti müxtəlif vaxtlarda müxtəlif proqramlar, qrantlar üzrə dünyanın müxtəlif ali məktəblərində təcrübə keçmiş, öz sahələrində söz və nüfuz sahibi olan ingilisdilli mütəxəssislərdir.

Universitetdə yerli mütəxəssislərlə yanaşı, bir sıra xarici mütəxəssislər də çalışırlar. Hər semestr təxminən 10-20 xarici müəllim bütün semestr boyu Xəzərdə dərs deyir. Bununla yanaşı qısa müddətli dərs demək və elmi məruzələr etmək üçün tez-tez (ildə təqribən 80-100 nəfər) xaricdən mütəxəssislər dəvət olunur. Onlar tələbələrə 1 həftəlik, 2 həftəlik və 3 həftəlik intensiv dərslər verməklə kadr təminatını və tədris metodologiyasını gücləndirir. Onların rəhbərliyi ilə müəllimlər üçün treninq kursları da təşkil edilir ki, bu da yerli müəllimlərin bilik, bacarıq və təcrübəsinin artırılmasına xidmət edir.

Oxşar xəbərlər