Bakı Nəqliyyat Agentliyi (BNA) taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı verdiyi qalmaqallı açıqlamaya görə işdən azad edilən şöbə müdiri Hikmət Babayevə, quruma məxsus “BakuBus” MMC-də vəzifə verilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Report-a açıqlamasında deyib ki, bu xəbərlər həqiqətə uyğun deyil.
“Sosial şəbəkələrdə həmin məlumatları yayanlar bunu məqsədli şəkildə edirlər, cəmiyyətdə çaşqınlıq yaratmaq niyyəti güdürlər”, - deyə o qeyd edib.