Qafqaz dağlarının cənub yamacı ilə uzanan Ləngəbiz silsiləsinin ətəyində yerləşən Ağsu rayonunun füsunkar təbiəti var. Bir hissəsi dağlıq digər hissəsi aranda yerləşən Ağsunun bir tərəfində yağış yağanda digər tərəfində günəş çıxır. Bir tərəfində ağaclar çiçək açanda digər tərəfində meyvələr yetişmiş olur. Bu gözəlliyə malik olan rayonda aparılan abadlıq-quruculuq işləri rayonumuzun gözəlliyini daha da artırır.
Belə ki, Ağsu aşrımındakı, eləcə də Muğanlı-İsmayıllı magistral avtomobil yolunun rayon ərazisindən keçən hissələrindəki obyekt sahibləri ilə söhbətlər aparılmış, obyektlərin layihə əsasında yenidən rekonstruksiya olunması barədə razılığa gəlinmiş və sahibkarlar tərəfindən tikinti-quraşdırma işlərinə başlanılmışdır. Qeyd edək ki, bu sahədə aparılan işlər mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət səlahiyyətli komissiyanın nəzarəti altında həyata keçirilir. Söküntü materiallarının daşınması və digər işlərin görülməsində müraciətləri əsasında sahibkarlara Ağsu RİH tərəfindən müvafiq köməkliklər göstərilmişdir. Bundan başqa Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sahibkarlar arasında obyektlərin yerləşdiyi torpaq sahəsindən istifadəyə görə müqavilə bağlanacaqdır.
Doğma rayonumuzu dünyaya tanıdan Ağsu dolaylarında, həmçinin Muğanlı-İsmayıllı magistral avtomobil yolunun rayon ərazisindən keçən hissələrində son zamanlar yaranan səliqə-səhman göz oxşayır. Nizamsız və səliqəsiz tikilmiş obyektlərin yerində Şimal-qərb turizm koridoru-kommersiya obyektlərinin inkişaf konseptinə uyğun olaraq müasir kafe və restoranların tikilməsi həm dolayların gözəlliyinə əlavə gözəllik qatır, həm də gələn qonaqların səliqəli və rahat şəkildə dincəlməsinə şərait yaradır. Obyektlərin yenilənməsi təşəbbüsünü razılıqla qarşılayan sahibkarlar tikintidə dəstəyini əsirgəməyən dövlətimizdən xeyli razı qaldıqlarını bildirirlər.
Görülən bu tədqirəlayiq işlərlə yanaşı, rayonumuzda səkilərin və yol kənarında olan hasarların görünüşünü yaxşılaşdırmaq üçün əsaslı işlər görülür. Ağsu şəhərinin M.V.Vidadi küçəsi 39 və 41 ünvanlarında yerləşən 5 mərtəbəli binalara məxsus həyətyanı ərazilərdə qanunsuz tikililər sökülür. Burada ictimai yaşayış binalarının sakinləri üçün böyük içməli su anbarı, gəzinti yeri və uşaqlar üçün əyləncə meydançalarının tikilərək istifadəyə veriləcəyi nəzərdə tutulur. Nəticədə sakinlər uzun illərdən sonra yaşadıqları binanın həyətində rahat istirahət edə biləcəklər.
Bunlardan əlavə Ağsu rayonunda yerləşən ticarət və ictimai iaşə obyektlərində reydlər keçirilərək antisanitariya, səliqəsiz şəraitdə işləyən ticarət obyektləri, restoran və kafe sahiblərinə iradlar bildirilmiş, həmin yerlərdən istifadə edən insanların sağlamlığının qeydinə qalınması üçün normal şəraitin qurulmasını tələb edilmişdir. Eyni zamanda sahibləri tərəfindən mövcud olan nöqsan və çatışmazlıqlar aradan qaldırılanadək bir sıra obyektlərin fəaliyyəti dayandırılmışdır. Məhz bu işlərin bəhrəsidir ki, bu gün Ağsuda yerləşən ticarət, ictimai iaşə obyektləri daha səliqəli və təmiz şəkildə öz müştərilərinə xidmət edirlər.
Reydlər zamanı obyekt sahibləri və xidmətdən istifadə edən vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, sanitar-gigiyenik qaydalar izah edilmişdir. Onlara COVİD-19 infeksiyasından qorunmaq üçün evdən çıxarkən, qapalı məkanlarda, xüsusən ticarət və iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan, dezinfeksiyaedici məhlulardan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə xüsusi karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyə olunmuşdur.
Həmçinin, Ağsu rayonunda fəaliyyət göstərən ticarət, ictimai-iaşə obyektlərində və digər xidmət sahələrində monitorinqlər aparmaq üçün rayon İcra Hakimiyyəti başçısı Aparatının və hüquq-mühafizə orqanlarının əməkdaşlarından, bələdiyyə üzvlərindən və ictimaiyyətin nümayəndələrindən ibarət yaradılmış mobil qruplar mütəmadi olaraq rayon ərazisində reydlər keçirir, maarifləndirici söhbətlər aparır, koronavirus pandemiyasına qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri əhaliyə çatdırırlar.
Odur ki, rayon ərazisində Koronavirus infeksiyasının yayılmasına qarşı görülmüş çoxsaylı tədbirlər nəticəsində Ağsu rayonu xəstəliyə yoluxma sayına görə ən az olan rayonlar sırasındadır.