Koronavirusa təkrar yoluxmanın səbəbi açıqlandı

Koronavirusa təkrar yoluxmanın səbəbi açıqlandı ABŞ-ın Massaçusets ştatında yerləşən ümumi profil üzrə xəstəxananın alimləri sübut ediblər ki, COVID-19 xəstəsi olan insanların orqanizmində sitokinlərin yüksək miqdarı SARS-CoV-2-yə qarşı davamlı immunitetin inkişafının qarşısını alır.
Alimlərin yazdığı məqalə “Cell” jurnalında dərc edilib.

Təhqiqatçılar COVID-19-dan vəfat edən şəxslərin dalağını və limfa düyünlərini araşdırarkən məlum olub ki, bu orqanlarda davamlı immun reaksiyasının ayrılmaz hissəsi olan hermenativ mərkəzlər mövcud deyil.
Onlarda anticisim istehsal edən B-hüceyrələri yetişir. Bu hüceyrələr immun yaddaşının uzunömürlü hüceyrələrinə çevrilir. B-hüceyrələri sayəsində orqanizm yenidən yoluxduğu təqdirdə patogeni tez və effektiv şəkildə müəyyənləşdirərək ona hücum edir.

COVID-19-un ağır mərhələsi zamanı köməkçi hüceyrələrin meydana gəlmədiyi məlum olub. Bu, immunitet reaksiyasında iştirak edən sitokinlərin- siqnal molekullarının çox olması ilə əlaqədardır. COVID-19-un ağır hallarında adətən herminativ mərkəzlərin meydana gəldiyi yerlərdə çox miqdarda sitokin TNF aşkar edilib.

Bu o deməkdir ki, anticisimlər insanları nisbətən qısa müddət ərzində qoruya bilsələr də, bəzi sağalmış insanlar bir neçə aydan sonra yenidən və bir neçə dəfə SARS-CoV-2-yə yoluxa bilərlər.

Oxşar xəbərlər