Şafiq Heydərov: “Ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri də xüsusi əhəmiyyət kəsb edir

Şafiq Heydərov: “Ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri də xüsusi əhəmiyyət kəsb edir Sabirabad Meliorasiya İdarəsinin direktoru Şafiq Heydərov - Su təhlükəsizliyimizin təmin edilməsi Prezident İlham Əliyevin perspektiv prioritetləri sırasındadır

“Azərbaycanda bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir. Məhz, bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib, eyni zamanda digər sahələrin də tərəqqisinə əlavə təkan verib”. Bu gün ölkəmizin 30-dan çox elektrik stansiyası var və bu, enerji təhlükəsizliyini təmin edir. Hətta, Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, bu enerjini ixrac belə edir: “Bununla yanaşı, ölkəmizdə qazlaşdırma 96 faizə çatıb və bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Təsadüfi deyildir ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir”.
“Ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri də xüsusi əhəmiyyət kəsb edir. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində olduğu halda, bu gün 70 faizə çatıb. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idisə, bu gün bu rəqəm təxminən 82 faizdir. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idisə, bu gün bu rəqəm 63 faizdir: “Lakin bu uğurlara baxmayaraq cənab Prezident İlham Əliyevin tapşırığı ondan ibarətdir ki, Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır. Son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib, onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeydedilməlidir. Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetr. Buradan su təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir. Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir. Şəmkirçay su anbarı əhəmiyyətlidir, anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır. Cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir. Keçən il yaşanan quraqlıq onu göstərdi ki, böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər.
Su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Su itkilərinə yol verilir, suyun mənbəyi düzgün təhlil edilmir. Xərclərə nəzarət çox aşağı səviyyədədir. Suyun çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə nə qədər böyük ziyan vurur. Taxılçılıqda və pambıqçılıqda məhsuldarlıq daha yüksək olmalı idi. Suya qənaət olunmalıdır, xarici mütəxəssislər cəlb edilməlidir. Bütün bu qanunsuz qoşulmalar tezliklə aradan qaldırılmalıdır. Yerli və mərkəzi icra orqanları, lazım gələrsə, hüquq mühafizə orqanları bu işlərə cəlb edilməlidir. İtkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməlidir. İtkilərin əsas mənbəyi torpaq kanallardır. Digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir.
Su təhlükəsizliyimizin təmin edilməsi Prezident İlham Əliyevin perspektiv prioritetləri sırasındadır. Məqsəd ondan ibarətdir ki, bundan sonrakı müddətdə su itkilərinə yol verilməsin, suyun mənbəyi düzgün təhlil edilsin və xərclərə nəzarət gücləndirilsin. Su çatışmazlığı əlbəttə ki, insanların gündəlik yaşayışı təsir etdiyi kimi məhsuldarlığa da təsir edir. Bu səbəbdən də perspektiv layihələr çərçivəsində 22 kanal yenidən qurulacaq, bunun nəticəsində də təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatını tam həll ediləcək.

********

Məlumdur ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Ən çətin məqamlarda belə bu dostluq həmişə dövrün sınaqlarından üzü ağ çıxmış, bu ölkələr daim bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər.

Təsadüfi deyildir ki, Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri olduğunu bildirmişdir.

Ulu öndər Heydər Əliyev də öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi bir çağırış etmişdir: “Bir millət iki dövlət, Azərbaycan-Türkiyə”.

Xüsusi fərəh hissilə vurğulamalıyıq ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərinin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir.

Qürurla qeyd etməliyik ki, Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələr üzrə dünyada lider dövlətlərdən birinə çevrilmişdir. Bu qardaş ölkə hazırda dünya miqyasında güc mərkəzi kimi müsbət rol oynayır və bu, bölgəmizin sabitliyi üçün çox önəmlidir.

Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etmişdir. Onu da unutmamalıyq ki, Türkiyənin Ermənistanla sərhədlərini bağlaması Azərbaycana göstərilən həmrəylik aktının təcəssümüdür.

Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar vermişdir ki, Azərbaycan yalnız deyil, Türkiyə onun yanındadır. Bu, bütün dünyaya bir mesaj idi ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirmiş və birmənalı olaraq Azərbaycana dəstək vermişlər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək olmuşdur.

Əlbəttə, bu dəstək şanlı qələbəmizdən sonra da davam etməkdədir. 10 noyabr 2020-ci il tarixdə imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Monitorinq Mərkəzi artıq fəaliyyət göstərir və bunun əsas məqsədi post müharibə dövründə nəzarəti həyata keçirmək, münaqişə zonasında hər hansı qarşıdurma olmaması üçün pilotsuz uçuş aparatları vasitəsi ilə monitorinq aparmaqdır.

Əlbəttə, monitorinq mərkəzi post-müharibə dövrü üçün çox önəmlidir. Belə ki, ola biləcək hər hansı gərginlik mərkəz tərəfindən izlənilərək onun qarşısının alınması üçün operativ şəkildə tədbirlər görüləcəkdir. Həmin mərkəzdə Türkiyənin olması bizim üçün çox önəmli bir haldır.

Hazırda Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi və qardaş Türkiyənin dəstəyi ilə Azərbaycanda Türk Ordusunun kiçik modeli yaranmaqdadır. Artıq bu sahədə əməli-praktiki işlərə başlanılmışdır. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı Türkiyə ilə fikir ayrılığı yoxdur, hədəflərimiz eynidir. Müharibədən sonrakı

dövr regionda əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün imkanlar yaradır.

Təbii ki, Azərbaycan-Türkiyə əlaqələrinin günü-gündən daha da möhkəmlənməsi düşmənlərimizi daim narahat edir və onlar hər vəchlə bu münasibətlərin korlanmasına, bu qardaş ölkələrin sürətli inkişafına mane olmağa çalışır, bu məqsədlə havadarlarının dəstəyinə arxalanırlar.

ABŞ Prezidenti C.Baydenin bu günlərdə qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat da məhz bu məkrli siyasətdən qaynaqlanır. Çox haqlı olaraq Azərbaycan Respublikasının Prezident İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı zamanı bu qərarın yanlış olduğu hər iki ölkə rəhbəri tərəfindən qınanılmışdır. Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulamşdır.

Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirmiş, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd etmişdir.

Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmiş, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırmışdır.

Dövlət başçıları həmçinin Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə etmişlər.

Oxşar xəbərlər