Ermənistan ordusunun Azərbaycanla sərhəddə iyulun 12-dən başlamış və dörd gün davam edən xain təcavüz əməlinə əvvəlcədən hazırlıq görüldüyünə dair yeni sensasion faktlar üzə çıxıb. Hərbi mənbələrdən virtualaz.org-a məlum olub ki, həmin təcavüz əməliyyatından bir neçə gün əvvəl Serbiyadan Ermənistana iri partiyada müxtəlif çaplı minaatan mərmiləri çatdırılıb. Həmin sursat quru yoluyla, Gürcüstan üzərindən Ermənistana keçirilib.
Habelə sosial şəbəkələrdə bu ərəfələrdə Gürcüstan üzərindən Ermənistana “KamAZ” avtomobilləri ilə Rusiyadan digər hərbi ləvazimatlar, o cümlədən minatanlar və “Qrad” qurğuları üçün launçerlərin daşındığı haqda məlumatlar yayılıb.Azərbaycan hökuməti minatan mərmilərinin Ermənistana Serbiyadan və Gürcüstan üzərindən çatdırıldığına dair təkzibedilməz məlumatlara malikdir. Turkustan.info xəbər verir ki, bu faktlar Azərbaycan tərəfinin ciddi narahatlığına və belə demək olarsa, hiddətinə səbəb olub. Çünki həm sursat və hərbi ləvazimatların öz ərazisindən Ermənistana daşınmasına imkan verən Gürcüstan, həm Ermənistana bu sursatları təchiz edən Serbiya Azərbaycanın dost, yaxın tərəfdaş hesab etdiyi ölkələrdir. Gürcüstan əz ərazisindən Azərbaycanla hərbi qarşıdurma üçün istifadə ediləcəyi şübhə doğurmayan döyüş sursatını və hərbi avadanlıqları necə buraxıb? Bəs Serbiya nəyə erməni ordusunu bu sursatlarla təchiz edib? Bu necə ola bilər? Bəlli olduğu kimi elə bu yaxınlarda Azərbaycan Serbiyaya koronavirus pandemiyası ilə mübarizə üçün humanitar yardım göndərmişdi. Mayın 20-də Azərbaycandan Serbiyaya humanitar yardım aparan təyyarəni Belqrad aerportunda qəbul edərkən bu ölkənin baş naziri Ana Brnabiç yardımı Azərbaycan-Serbiya dostluğunun təzahürü kimi dəyərləndirmişdi: “Bu, heç vaxt unutmayacağımız dostluğun təzahürüdür. Azərbaycan 2014-cü ilin daşqınından sonra Serbiyaya ilk yardım etmiş ölkə idi. Məhz bu gün, 2014-cü il mayın 19-da Serbiyaya Azərbaycandan yardım yükü gətirən ilk təyyarə gəldi”.
Azərbaycanla dostluq və qardaşlıq barədə danışan Anna Brnabiç buna nə deyəcək?Bu da hələ hamısı deyil. Azərbaycan Kosovonun birtərəfli qaydada müstəqilliyini elan etməsini tanımayan ölkələr arasında yer alır və birmənalı şəkildə Serbiyanın ərazi bütövlüyünə öz dəstəyini ifadə edib.Və bütün bu humanist addımların və aksiyaların, dost köməyinin və əməkdaşlığın ardınca Serbiyanın Azərbaycana düşmən ölkəni gizlicə silahlandırması, özü də sərhəddə planlaşdırılan xain təcavüz əməliyyatı ərəfəsində, Bakıda ciddi suallar və anlaşılmazlıqlar yaradıb. Rəsmi Bakı dost-tərəfdaş ölkənin bu davranışı ilə bağlı çox güman ki, diplomatik-siyasi kanallarla Belqraddan izahat tələb edəcək. Çünki Azərbaycan tərəfinin əlində sursatın alınması və daşınmasına dair bütün dəlillər, sənədlər var.Daha böyük anlaşılmazlıq isə qonşu və strateji tərəfdaş ölkə Gürcüstanın hərəkəti ilə bağlı yaranıb. Bəlli olduğu kimi Gürcüstan öz ərazisindən Ermənistana hərbi yüklərin daşınmasının qadağan edilməsinə dair illər əvvəl qərar qəbul edib. Bəs Serbiyadan alınan sursatları, Rusiyanın göndərdiyi hərbi ləvazimatları Gürcüstan öz ərazisindən Ermənistana necə buraxıb? Bunu Azərbaycan-Gürcüstan münasibətləri çərçivəsinə necə sığışdırmaq olar? Gürcüstan hökuməti Ermənistana hərbi yüklərin daşınmasına icazə vermirsə Serbiyadan göndərilən sursat üçün niyə bu məhdudiyyəti tətbiq etməyib? Yoxsa Tbilisdə başa düşmürdülər ki, Ermənistandan atılan bütün bu minaatan mərmiləri hara uçacaq? Və bütün bunlar çoxillik Azərbaycan-Gürcüstan tərəfdaşlıq-dostluq münasibətləri ilə bir araya necə sığa bilər?
Tbilisi Azərbaycanın xeyirxahlığına ancaq şərlə cavab verirGürcüstanın ən çətin günlərində, o cümlədən 2008-ci ilin avqust müharibəsi zamanı Azərbaycanın bu ölkəyə necə dəstək verdiyi, hətta riskli sayıla biləcək yardımlar göstərdiyi yaxşı bəllidir. Təkcə bu məlum faktı qeydə etmək kifayət edər ki, Rusiyadan gələn elektrik və qaz xətləri diversiya nəticəsində partladılanda, Gürcüstan əhalisi donmaq təhlükəsi qarşısında qalanda məhz Azərbaycan öz əhalisinə verməli olduğu qazın həcmini azaldaraq onu qonşu ölkəyə yönəlmişdi.Gürcüstanın əvvəlki rəhbərliyi sözün əsl mənasında Azərbaycan rəhbərliyinə humanitar və iqtisadi kömək üçün yalvarırdı, ölkəni qaçılmaz fəlakətdən xilas etməyi xahiş edirdi. Və hər dəfə Azərbaycan köməyə gəldi. Və qaz lazım olanda, gürcü bankları likvidlik problemi ilə qarşılaşanda Bakı üzərindən Gürcüstana nəğd pullar daşınanda, Avropa dövlətlərinin dövlət və hökumət başçıları çökməkdə olan gürcü dövlətçiliyinə dəstək mitiqinə tələsəndə…Bir sıra Avropa ölkələrinin liderləri 2008-ci ilin avqustunda Gəncəyə gəlmişdilər və oradan Azərbaycan tərəfinin təqdim etdiyi maşınlarla gələcəyi dumanlı olan Gürcüstana yollanmışdılar. Gürcüstanı xilas etməyə indiki gürcü rəhbərliyinin bərk sevdiyi və dost saydığı Yerevan üzərindən deyil, Azərbaycan üzərindən getmişdilər.
Tbilisidə mənzilləri odunla qızdırırdılar, Azərbaycan həmişəki kimi köməyə çatdı. Lakin sonra Tbilisdə hər şeyi yaddan çıxardılar.Qoy Tbilisidə yada salsınlar ki, Ermənistan bir qayda olaraq beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyünün əleyhinə səs verib. Qoy bunu da yada salsınlar ki, Ermənistan rəhbərləri dəfələrlə separatçı Cənubi Osetiya və Abxaziya liderləri ilə görüşüblər. Tbilisidə bunu da xatırlasınlar ki, Ermənistan gürcü kilsəsinə iradlar irəli sürüb, bir çox gürcü torpaqlarının tarixən ermənilərə məxsusluğunu indi də şübhə altına qoymur.Biz Gürcüstan üçün nə ediriksə, Gürcüstan da Ermənistanla elə davranır. Gürcüstandan bizim düşmənlərimiz nə alırlar? Mərmilər və minaatanlar, hansı ki, bizim əsgərlərimizi öldürür. Lakin üstəlik biz Gürcüstandan Keşikçidağda ardı-arası kəsilməyən təxribatlar, ikinci Azərbaycan respublikasının əsasını qoyan Nəriman Nərimanova qarşı təftişçi münasibət və onun abidəsini sökmək çağırışları, nəhayət gürcü KİV-lərinin səhifələrində indiki Azərbaycan rəhbərliyinin ünvanına təhqiramiz, qəzəbli çıxışlar da görürük.Lakin bu da hələ hamısı deyil. Axı biz Gürcüstanı xilas edəndən sonra sonrakı dövrlərdə Azərbaycan onun ən iri investorlarından birinə çevrildi, bu ölkəyə iri yatırımlar qoyuldu və iki ölkə arasında strateji tərəfdaşlıq, mütəfiqlik münasibətlərini dərinləşdirmək üçün Bakı əlindən gələn hər şeyi etdi.Belə olan halda Gürcüstanın Ermənistan ordusunun bu xain hücumuna dolayısı dəstək verməsi Bakıda şübhəsiz ki, hiddətlə qarşılanıb. Əlbətdə, Azərbaycan tərəfinin bu qəzəbi gürcü xalqına qarşı deyil. Gürcü və Azərbaycan xalqları arasında dostluq münasibətləri əsrlərin sınağından çıxıb. Lakin Gürcüstanın indiki hakimiyyətinin Ermənistana öz ərazisindən silah-sursat daşınmasına göz yumması, buna şərait yaratması heç cür qəbul edilə bilməz. Ona görə də Azərbaycan tərəfi haqlı olaraq Gürcüstanın mövqeyinin nədən ibarət olduğunu sual edir və bunu dəqiqləşdirməyə çalışır.
Nəyə görə Azərbaycan Tbilisidən ancaq arxadan zərbə alır?Əvəzində nə alırıq? Azərbaycan investorlarının Gürcüstandan hakimiyyətin inzibati rıçaqları ilə sıxışdırılıb çıxarılmasına yönəlmiş ardı-arası kəsilməyən və məkrli cəhdlər. Ən rüsvayçı olanı isə budur ki, həmin təzyiqlər qeyri-energetika sektoruna yatırımlar qoyan Azərbaycan investorlarına göstərilir: bir çox hallarda gürcü hökuməti bizim investorların biznesini əllərinən almağa, reyder hücumları təşkil etməyə çalışır.Bu fonda Azərbaycan ictimayyətinin Gürcüstanın erməni hərbi təcavüzünə heç nə ilə haqq qazandırılması mümkün olmayan və gözlənilməz dolayısı dəstəyindən hiddətlənməsi tam haqlıdır, qanunidir. Lakin bu heç də gürcü xalqına qarşı hansısa düşmənçilik hisslərindən xəbər vermir, gürcülərlə azərbaycanlıların dostluğu əsrlərin sınağından keçib və onu korlamaq elə də asan deyil. Bununla belə indiki Gürcüstan hökumətinin ölkə ərazisindən Ermənistana hərbi sursat və ləvazimatlar daşınasına göz yummasına, buna şərait yaratmasına heç bir izahatla haqq qazandırıla bilməz. Bilmək istərdik, Azərbaycana münasibətdə rəsmi Tbilisinin mövqeyi nədən ibarətdir? Bu, yumşaq desək, qeyri-dost addımını necə qəbul edək? Bu nədir-Azərbaycanla münasibətləri pozub işğalçı Ermənistanın tərəfinə keçmək?Əgər Gürcüstan hökuməti təcavüzkar, Azərbaycan ərazilərinin bir hissəsini işğal edən və hətta fürsət düşən kimi yeni ərazilər tutmaq cəhdləri göstərən Ermənistanın yanındadırsa o zaman bunu açıq deməlidir. Belə vəziyyətdə əlbətdə ki, Azərbaycan dövləti də öz siyasətinə, mövqelərinə yenidən baxmalı olacaq.Bu baxımdan gözlənilir ki, rəsmi Bakı Tbilisidən də Ermənistana silah-sursat daşınması faktlarına dair tezliklə diplomatik-siyasi kanallarla izahat tələb edəcək. /Haqqın.az/