Qarabağı azad etməyin artıq vaxtıdır – Türk deputat

Qarabağı azad etməyin artıq vaxtıdır – Türk deputat Qarabağı ermənilərdən geri almağın vaxtı gəlib.

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin hakim partiyadan (AKP) olan deputatı Mətin Gündoğdu deyib.

“Ermənilər son hücumlarda azərbaycanlı hərbçiləri şəhid etdi. Ermənilər birilərinin maşası olub, regionda qeyri-sabitlilk yaratmaq istəyir. Azərbaycan bir an əvvəl öz torpağı olan Dağlıq Qarabağa daxil olmalıdır. Əsgərlərimizi şəhid edən Ermənistan bu işin böyüməsini istəyir. İllərdir işğalda saxladıqları Azərbaycan torpaqlarını artıq geri almağın zamanı gəlib. Türkiyə Azərbaycanın yanındadır”, – deyə Gündoğdu bildirib. /Axar.az/

Oxşar xəbərlər