“Polisin rüşvət aldığı təsdiqlənərsə, nəinki orqandan xaric ediləcək...”
“ASAN Xidmət tərəfindən verilən məlumata əsasən, iki gün ərzində faəliyyətinə icazə verilən təşkilatlarda işləyən 260 mindən də çox şəxs haqqında məlumat portala yerləşdirilmişdi. Şənbə gününə qədər 70 min, bir gün sonra 82 min nəfərin ölkədaxili hərəkət etməsinə icazə verilmişdi. 82 min şəxsin təkcə xidməti nəqliyyat vasitələri yox, şəxsi nəqliyyat vasitələrindən istifadəsinə də icazə verildi. Çox təəssüflər olsun ki, bundan da kütləvi şəkildə sui- istifadə hallarına yol verildi”. Bunu Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev REAL TV-yə müsahibəsində deyib. O qeyd edib ki, elə təşkilatlar, müəssisələr var idi ki, onlara Nazirlər Kabinetinin qərarına əsasən məhdud sayda işçilər haqqında informasiyanı icazə portalına daxil etməli olduqları halda, nə qədər işçiləri var idisə hamısının ad soyadını portala daxil etmişdilər: “Aydın məsələdir ki, portalda onun hərəkətinə icazə varsa, onların sərbəst hərəkətinə icazə verilir. Görünən odur ki, bu məlumatların ən çox portala daxil edilməsində məqsəd həmin insanların məhz həmin günlərdə Bakı, Sumqayıt, Abşeron rayonunun inzibati ərazisini tərk etmək olub. Bu onların özlərinin də əziyyət çəkməsinə gətirib çıxardı. Həmin sui-istifadəyə yol verilən şəxslərin adının qara siyahıya salınması mümkündür. Ancaq onunla bağlı araşdırma aparılır. Bu bir və ya on maşın deyildi. Biz müvafiq orqanlar qarşısında məsələ qaldırmışıq ki, portala daxil edilən məlumatlara nəzarət mexanizmi olmalıdır. Hər kəs öz istədiyi sayda əməkdaşı haqqında məlumatı ora daxil etməsin. Çünki bu məlumatın olması həmin şəxsin sərbəst hərəkətinə icazə verir. Polis yalnız portala görə yoxlaya bilir”.
K.Əliyev həmçinin postdan keçməyə görə polis əməkdaşlarına hər hansı rüşvətin verilməsi ilə bağlı iddialara da cavab verib.
O bu iddiaların yeni olmadığını vurğulayıb: “Bu ölkədə xüsusi karantin rejimi tətbiq edilməyə başladığı vaxtdan gedən söhbətlərdir. Dəfələrlə sosial şəbəkədə bu haqda informasiyalar yayılıb. Biz də mütəmadi olaraq bu şayiələri yayan insanlara müraciət etmişik ki, konkret məlumat verin. Həmin şəxslərin gəldiyi avtomobilin dövlət nömrə nişanı bizə verilsin ki, biz onu araşdıraq. Postdan keçən vaxtı bilək ki, onu hansı əməkdaşımız yoxlayıb. İndiyə kimi bununla bağlı konkret fakt bizə verilməyib. Əgər fakt təsdiqini taparsa, həmin əməkdaş Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən cəzalandırılacaq. O nəinki orqandan xaric edilə, hətta haqqında cinayət işi də açıla bilər”.