Nərmin Şahmarzadə həbs edilə bilər – DİN: “Bu, yolverilməzdir…” / VİDEO

Nərmin Şahmarzadə həbs edilə bilər – DİN: “Bu, yolverilməzdir…” / VİDEO Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış keçirilən aksiya qanunsuz hesab olunur və darhal qarşısı alınacaq.

Bu sözləri redaktor.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib:

“Aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi olmalıdır. Ümumiyyətlə, karantin rejimi müddətində insanların hansısa aksiya keçirməsi yolverilməzdir”, – deyə E.Zahidov bildirib.

Qeyd edək ki, psixoloq Nərmin Şahmarzadə sosial şəbəkələrdə video paylaşaraq, 24 saat ərzində polisin üzr istəməyəcəyi təqdirdə şəhərin mərkəzində aksiya keçirəcəklərini bildirib.




Oxşar xəbərlər