Azərbaycan zabiti Ramil Səfərov haqqında Avropa Məhkəməsinin qərarı cəmiyyətimizdə xoşagəlməz müzakirələr yaradıb.
Mövzu ilə əlaqədar Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Musavat.com-a danışıb.
Onun sözlərinə görə, Avropa Məhkəməsinin qərarı təəssüf doğurur:
“Son dövrlərdə Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarı geniş müzakirə olunur. Bu, çox təəssüf doğuran bir qərardır. Biz Ramil Səfərovla daim fəxr etmişik. O insan bayrağımızı, qürurumuzu qorumaq üçün bu addımı atıb. O, Cəbrayıl rayonunda böyüyüb boya-başa çatıb. Yaxınları şəhid olub. O üzdən bayraq və torpaq məsələlərinə çox həssas olması təbiidir”.
Emin Həsənli Ramil Səfərovun erməni zabitinin xoşagəlməz hərəkətlərinə doğru cavab verdiyini bildirib:
“Ramil Səfərov bir zabit qürurunu müdafiə etdi. Bir azərbaycanlı, türk oğlu kimi çıxış etdi. Ramil Səfərov məhkəmədə demədi ki, səhv etmişəm, peşmanam. Bu, hamımız üçün qürurverici bir addım idi. Ramil Səfərov bu addımı şüurlu şəkildə atıb. Əgər bu hərəkət başqa bir ölkənin zabitinə qarşı olsaydı, hamı qınayardı. Amma Ramil Səfərov düşmən ordusunun zabitinə, Azərbaycan bayrağını təhqir edənə qarşı bunları edib. O, ömürlük cəzanı gözə alaraq Azərbaycanın haqq işini müdafiə edib”.
E.Həsənli, həmçinin dövlət başçısının məsələ ilə əlaqədar diplomatik addımlar atdığını xatırladıb:
“Ölkə prezidenti cənab İlham Əliyev Mübariz İbrahimovun nəşinin düşməndən alınması üçün çox böyük iş gördü, eyni zamanda Ramil Səfərovun ölkəyə qayıtması üçün bütün hüquqi-diplomatik vasitələrdən istifadə etdi. Prezidentin də müstəsna hüququdur ki, hər bir vətəndaşı əfv etsin. Ramil Səfərov bu gün zabit kimi fəaliyyətini davam etdirir. Biz onunla fəxr edirik”.
İctimai birliyin sədri Avropa İnsan Haqları Məhkəməsinin ədalətsiz qərarlarından da söz açıb:
“Avropanın ikili standartlarını bilirik. Bunun üçün də təəccüblənməyə dəyməz. Avropa İnsan Haqları Məhkəməsinin zaman-zaman ədalətsiz qərarlar verdiyi məlumdur. Hətta Macarıstan məhkəməsi zamanı da ədalətsiz qərar vermişdi. Bunların hamısı bizə yaxşı məlumdur. Amma bəzi vətəndaşların Ramil Səfərovla bağlı xoşagəlməz fikirlər bildirmələri ikrah hissi yaradır. Bu, qəbuledilməzdir. Həmin adamlar layiqli cəzalarını Azərbaycanın hüquq mühafizə orqanlarından almalıdırlar. Hər bir Azərbaycan vətəndaşı Ramil Səfərovu müdafiə etməlidir. O, çox təvazökar adamdır. Onunla bir neçə dəfə ünsiyyətdə olmuşam. Ramil Səfərov deyir ki, istənilən azərbaycanlının etməli olduğu hərəkəti edib və bu gün də eyni addımı atmağa hazırdır. Torpaq, vətən uğrunda canlarını qoyanlar ən böyük hörmətə layiqdirlər. Hərbçinin peşəsi vətəni müdafiə etməkdir. Bu gün bəzi insanlar ordu haqqında xoşagəlməz fikirlər söyləyirlər. Bu, çox təəssüf hissi doğurur. Biz hər birimiz ordumuza, peşəsi vətəni müdafiə etmək olan hərbçilərimizə hörmət və ehtiram göstərməliyik. Dövlətimizi, bayrağımızı, ordumuzu, hərbçilərimizi qorumaq hər bir kəsin vətəndaşlıq borcu olmalıdır. Biz imkan verməməliyik, ordumuzu və onun zabitlərini kimsə nüfuzdan salmağa cəhd etsin. Biz hər zaman ordunu qorumalıyıq. Mübariz İbrahimov, Ramil Səfərov kimi qəhrəmanlar filmlərdə olur. Belə qəhrəmanlarımıza hörmət göstərməliyik. Bu ordu bütün xalqındır, hər kəsi qoruyur”.
E.Həsənli Avropa Məhkəməsinin Azərbaycan vətəndaşlarının müraciətlərini təmin etməməsi məsələsinə də toxunub:
“Avropa İnsan Haqları Məhkəməsi dəfələrlə Azərbaycan vətəndaşlarının, məcburi köçkünlərin, eyni zamanda Qərbi Azərbaycandan olan vətəndaşlarımızın müraciətlərini görüb, amma dinləməyib. Bütün bu məsələlər birdəfəlik bitməlidir. Bunun da bir yolu var. Böyük güclər imkan versinlər, torpaqlarımızı azad edək. Yoxsa xalqımız səfərbər olaraq torpaqlarını azad edəcəkdir. Mübariz kimi, Ramil kimi övladları olan xalqın torpaqları işgal altında qalmayacaqdır. Bu gün Azərbaycanın güclü ordusu var”.