Prezidentin köməkçisi gigiyena qaydalarına düzgün riayət olunmasından danışdı — VİDEO

Prezidentin köməkçisi gigiyena qaydalarına düzgün riayət olunmasından danışdı — VİDEO “ÜST tərəfindən vacib tövsiyələrdən biri olan gigiyena qaydalarına və bu xüsusda da əllərin düzgün yuyulmasına riayət edilməsi mühüm məqamlardan biridir”.
Oxu.Az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Təmiz əllər” kampaniyasında iştirakı zamanı deyib.

H.Hacıyev ÜST tərəfindən qlobal pandemiyanın elan olunduğunu və bu mübarizədə hər kəsin evdə qalmasını, gigiyena qaydalarına riayət etməsini, o cümlədən, sosial izolyasiyada olmasını və məsafə saxlamasını vacib şərtlər kimi vurğulayıb.

Həmçinin, koronavirus üçün xarakterik simptomlar olan quru öskürək, yüksək hərarət kimi halların müşahidə olunması zamanı vətəndaşlarımızı təcili tibbi yardıma müraciət etməyə səsləyib.

O, nitqini bu ifadələrlə başa çatdırıb:
“Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Biz birlikdə güclüyük” və biz birlikdə koronavirusa qalib gələcəyik”.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı tərəfindən bir müddət öncə “Təmiz əllər” kampaniyasına start verilib.
Kampaniyanın məqsədi əlləri mütəmadi olaraq düzgün qaydada sabunla yumaq və diqqəti koronavirusla mübarizəyə yönəltmək olub.

Kampaniyada BMT-nin Azərbaycandakı nümayəndələri, beynəlxalq qurumların rəhbərləri və Azərbaycan rəsmiləri iştirak ediblər. “Təmiz əllər” kampaniyası başa çatıb.


Oxşar xəbərlər