Polis avtoxuliqanlıq edən gəncləri bu görüntülərə görə saxladı — VİDEO

Polis avtoxuliqanlıq edən gəncləri bu görüntülərə görə saxladı — VİDEO Şəmkir polisi rayon ərazisində avtoxuliqanlıq edən iki nəfəri saxlayıb. Onların sürücülük hüququnun olmadığı ortaya çıxıb.

Xəzər TV xəbər verir ki, avtoxuliqanlıq edən şəxslər saxlanıb.

Əməliyyatı Şəmkir polisi keçirib. Rayon sakini, 22 yaşlı Elnur Teymurlu idarə etdiyi minik avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla avtoxuliqanlıq edib.

Onun bu hərəkətləri də video görüntüyə alınıb. Aparılan araşdırma zamanı sükan arxasındakı Elnur Teymurlunun sürücülük hüququnun olmadığı ortaya çıxıb.

19 yaşlı Əli Alıyev isə Şiştəpə kəndində avtoxuliqanlıq edib. Onun da minik avtomobili ilə kəndin ərazisində avtoxuliqanlıq etməsi video görüntüyə alınıb.

Əli Alıyevin sürücülük hüququ olmadan sükan arxasına əyləşdiyi müəyyən edilib. Hər iki gənc saxlanıb.

Hər iki şəxs barəsində inzibati qaydada protokollar tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib.


Oxşar xəbərlər