SOCAR-ın Neft Kəmərləri İdarəsi Şirkətin neft və qazçıxarma idarələrində və neftqazçıxarma üzrə yaradılmış podratçı təşkilatlarda hasil edilən, müvafiq tələblərə uyğun hazırlanmış neftin qəbulunu, neft emalı zavodlarına və ixraca nəql əməliyyatlarını həyata keçirir.
İdarə "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından hasil edilən neftin və kondensatın Səngəçal neft terminalından ixraca nəqlində ölçü əməliyyatlarında müşahidəçi qismində iştirak edir. NKİ-nin infrastrukturundan üçüncü tərəflərin neft və neft məhsullarının ölkə ərazisindən tranzit daşınması zamanı da istifadə edilir. . Neft Kəmərləri İdarəsinin tərkibinə, "Neftin Nəqli Departamenti", "İxrac Neft Kəmərləri Departamenti", "Nəqliyyat Departamenti" və "Maddi Texniki Təchizat Bazası" daxildir. Neft Kəmərləri İdarəsi 774,919 km uzunluğunda müxtəlif diametrli (Dş-200-dən Dş-700 daxil olmaqla) magistral neft kəmərlərini, 11 neft nəqletmə sahəsini (NNS), 2 neft təhvili sahəsini (NTS), 1 neft ölçmə sahəsini (NÖS), 1 ixrac neft təhvili sahəsini (İNTS), Dübəndi Neft Aşırma Bazasında yerləşən 3 (29, 31 və 54 saylı) magistral nasos stansiyalarını, ümumi həcmi 499900 m3 olan çən parklarını istismar edir. Qeyd: İlk dəfə neftin boru kəməri ilə nəqli üsulundan Azərbaycanda istifadə olunmuşdur. Beləki, 1872-ci ildə Balaxanı mədənlərindən hasil edilən neftin Bakı neftayırma zavoduna çatdırılması məqsədi ilə diametri 75 mm, uzunluğu 12 km olan ilk neft kəməri inşa edilmişdir. 1885-ci ildə isə Bakıda diametri 75 mm, uzunluğu 200 km olan daha bir neft kəməri inşa edilmişdir.
Bizdə hər zaman ölkəmiz üzün calışan bu gözəl kollekrivə və rəhbərinə uğurlar arzulayırıq.
Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirov - "“Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır. Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlamışlar. “Əsrin kontraktı”nın imzalanması nəticəsində on minlərlə yeni iş yeri yaradılmışdır. Azərbaycanda minlərlə şirkət bu kontraktın icrasında podratçı kimi fəaliyyət göstərir. Yəni, “Əsrin kontraktı”nın çox böyük faydası var
Azərbaycan neftçiləri bütün dövrlərdə Azərbaycan xalqına xidmət etmişlər. Müstəqillik dövründə onların zəhməti hesabına Azərbaycan böyük iqtisadi potensial yarada bilmişdir. Neftçi Azərbaycanda çox şərəfli və hörmətli peşədir, həmişə belə olub, bu gün də belədir. Mən Azərbaycan neftçilərinin Azərbaycanın ümumi inkişafında rolunu çox yüksək qiymətləndirirəm.
Azərbaycan neftin vətənidir, Azərbaycanda bunu hər kəs bilir. İndi dünya ictimaiyyəti də bunu bilir ki, dünyada sənaye üsulu ilə ilk dəfə neft 1846-cı ildə Azərbaycanda çıxarılmışdır və o vaxt Azərbaycan dünya neftinin əsas hissəsini təmin edirdi. Tarixdə ilk dəfə olaraq XX əsrin ortalarında dənizdə də neft Azərbaycan neftçiləri tərəfindən çıxarılmışdır və bu da tarixi hadisədir. Azərbaycan neftçiləri sovet dövründə Xəzərin bütün neft-qaz yataqlarının aşkar olunmasında əsas rol oynamışlar, Rusiya Federasiyasında yeni neft yataqlarının kəşfində onların rolu çox böyükdür. Təsadüfi deyil ki, “İkinci Bakı”, “Üçüncü Bakı” adlandırılan yerlər var ki, bu yerlər Azərbaycan neftçilərinin adı ilə bağlıdır. Neftçilərimiz xarici ölkələrdə də işləyirdi, oraya ezam olunmuşdular. Əlbəttə ki, bu, Azərbaycanda neft sənayesində çalışan insanların peşəkarlığını, fədakarlığını göstərir.
Azərbaycan dünyada neft ölkəsi kimi tanınır. Bu gün isə qaz ölkəsi kimi tanınır. Müstəqillik dövründə bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Sovet dövründə də Azərbaycan neftçiləri Sovet İttifaqının ümumi inkişafına çox böyük töhfələr vermişlər. O vaxt Azərbaycan müttəfiq respublikalar arasında ikinci respublika idi ki, donor kimi tanınırdı. Yəni, biz ümumittifaq büdcəsinə daha çox vəsait ayırırdıq, nəinki alırdıq. Əlbəttə ki, Azərbaycan neftçilərinin bu sahədə payı çox böyük idi.