Bozoyan: Bu, Qarabağ savaşını başladacaq

Bozoyan: Bu, Qarabağ savaşını başladacaq Türkiyə və Suriya orduları arasında toqquşma Türkiyə-Rusiya münasibətlərində ciddi gərginlik yaradır. Bu, Qarabağa təsir edə bilər.

Bunu erməni politoloq Yervand Bozoyan deyib. O, Aprel müharibəsinin də Rusiya-Türkiyə münasibətlərindəki eskalasiyanın nəticəsi olduğunu bildirib:

“Böyük dövlətlər arasında güclü gərginlik olanda onlar Liviya və Suriyada olduğu kimi bu gərginliyi daha kiçik tərəfdaşları vasitəsilə meydanlara ötürürlər. Əgər Rusiya-Türkiyə gərginliyi güclənsə, prosesin Qarabağa ötürüləcəyi ilə bağlı böyük təhlükə mövcuddur”.

Bozoyan Ərdoğan-Putin görüşünün müsbət nəticə verməyəcəyi halda Ankaranın Qarabağ məsələsini aktivləşdirəcəyini söyləyib:

“Regiondakı hazırkı gərgin situasiya sayəsində Ermənistan rəhbərliyi gərək bütün hərbi resurslarını konsolidasiya edib, müharibəni gözləsin”.  /Axar.az/

Oxşar xəbərlər