Saxlanıldığı deyilən Neftçala RİH-nin başçısı KİMDİR?

Saxlanıldığı deyilən Neftçala RİH-nin başçısı KİMDİR? Hələlik baş verənlərlə bağlı rəsmi açıqlama verilməsə də icra başçısının rüşvət aldığına görə saxlanması haqda məlumatlar yayılıb.
Qeyd edə ki, Neftçala RİH-nin başçısı Vəliyev İsmayıl Məhərrəm oğlu 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib, əmək fəaliyyətinə 1981-ci ildə Əli Bayramlı (indiki Şirvan şəhəri-E.H) şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb. 29 may 1996-cı il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Gömrükxanasının rəisi ,21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri, 21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Dövlət Analitik Şöbənin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib. 2005-ci ildən Qobustan RİH-in başçısı olub. 26 aprel 2011-ci il tarixdən etibarən isə Neftçala rayonuna rəhbər təyin edilib.

Oxşar xəbərlər