Bakıda maşın xidmət aparan polisi vurub öldürdü

Bakıda maşın xidmət aparan polisi vurub öldürdü Bakıda polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası baş verib.
Report xəbərinə görə, hadisə bu gün səhər saatlarında, paytaxtın H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, “Prado” markalı avtomobil idarətməni itirərək, yol kənarında xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşını vurub.

Faktı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti təsdiqləyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər