Hüseynbala Mirələmov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

Hüseynbala Mirələmov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmovdur.

Hüseynbala Mirələmov - yazıçı, ssenarist, millət vəkili, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, texnika elmləri doktoru, professor, Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvü, Rusiya Mədən Akademiyasının, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, çoxsaylı elmi və bədii əsərlərin müəllifi, "Qızıl qələm", "Qızıl dərviş", "Qızıl buta", "Abdulla Şaiq" və "Rəsul Rza" mükafatları laureatı, Fransa Sənayeçilər Assosiasiyasının "Napoleon" qızıl medalının sahibi. MDB ölkələri üzrə 8 dəfə "İlin direktoru" adına layiq görülmüşdür.

Azərbaycan Politexnik İnstitutunun sənaye və mülki tikinti fakültəsini bitirmişdir. 1965-ci ildən "Azərbaycan pioneri" qəzeti redaksiyasının baş ədəbi işçisi olmuşdur. 1971-ci ildən Azərbaycan Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikinti-quraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis işləmişdir. 1986-cı ildən "Azərqaztəmirtikinti" Trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışmışdır. 1992-ci ildən biznes fəaliyyəti ilə məşğul olmuşdur. 1996-cı ildən "Bakqaz" İstehsalat İdarəsi rəisinin müavini, 1998-ci ildən Azərbaycan Qaz Emalı Açıq Səhmdar Cəmiyyətinin sədri olmuşdur. Hazırda ARDNŞ prezidentinin müşaviridir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Xətai rayon təşkilatının sədridir.

2005-ci il noyabrın 6-da 33 saylı Xətai birinci seçki dairəsindən deputat olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Litva, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.


YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Hüseynbala Mirələmov bu işin müqəddəsliyini qoruyub saxlayır. Hüseynbala Mirələmov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Hüseynbala Mirələmovdan danışdılar yaxşı ki, Hüseynbala Mirələmov YAP Xətai rayon təşkilatının sədri təyin olunub… Hüseynbala Mirələmov öz isguzarlığı ilə tanınır və seçilir….

Hüseynbala Mirələmov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Hüseynbala Mirələmovu heç vaxt əqidəsindən döndərə bilməz.

Hüseynbala Mirələmov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Hüseynbala Mirələmov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Hüseynbala Mirələmov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Hüseynbala Mirələmovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Hüseynbala Mirələmov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Hüseynbala Mirələmov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun YAP Xətai rayon təşkilatının sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Hüseynbala Mirələmov özünü doğruldub. Bizdə hörmətli Hüseynbala Mirələmovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər