SDU-nun professor-müəllim və tələbə heyəti bir gündə 650 min ağac əkilməsi təşəbbüsündə fəal iştirak etdilər
Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Sumqayıt şəhərində 26 minə yaxın ağac əkildi.
Aksiya çərçivəsində Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisində 16 min, şəhərin müxtəlif ərazilərində ümumilikdə 26650 ağac əkildi.
Ağacəkmə aksiyasında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən Sumqayıt Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti iştirak etdilər. Bu kampaniya böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliğinə, ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və insanların ətraf mühitin sağlamlaşdırılması naminə həmrəylik göstərməsinə xidmət edir.
Qeyd edək ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyev tərəfindən İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması görkəmli şairin ədəbi irsinin təbliği və öyrənilməsində yeni imkanlar açıb. Həmçinin “Nəsimi ili” çərçivəsində ölkəmizdə və dünyada bir sıra mühüm tədbirlər də keçirilir.
****************
SDU-nun rektoru Elxan Hüseynov beynəlxalq əlaqələr barəsində fikirləri: SDU-nun mühüm uğurlarından biri də onun beynəlxalq əlaqlərinin müasir dövrün tələblərinə uyğun qurulması və inkişaf etdirilməsidir. Bu sahədə əlaqələrin genişləndirilməsi məqsədilə bu ilin iyun ayında beynəlxalq əməkdaşlıq şöbəsi yaratmışıq. Şöbənin əsas fəaliyyət istiqaməti beynəlxalq elm, tədris proqramlarına qoşulmaq, müəllim və tələbələrin xarici ölkələrin aparıcı universitetlərində iştirakını təmin etməkdən ibarətdir.
Hazırda universitetimiz Avropa İttifaqının 4 TEMPUS layihəsində iştirak edir. Proqramda ən vacib işlərdən biri Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Boloniya prosesinə uyğunlaşdırılmasıdır. Burada məqsəd mühəndis ixtisasını Avropa standartlarına uyğunlaşdırmaq və onların sertifikatlarını almaqdan ibarətdir.
Avropa-Asiya və Xəzəryanı Dövlətlərin Universitetləri Assosiasiyalarına üzv qəbul olunmağımızla bağlı həmin qurumlara müraciət etmişik. Sentyabr-oktyabr aylarında keçiriləcək konfransda SDU-nun və Xəzəryanı Dövlətlərin Universitetləri Assosiasiyasına üzv seçilməsi gələcəkdə aparıcı elm və ali təhsil müəssisələri ilə təcrübə mübadiləsinin aparılmasına, iş birliyinin qurulmasına geniş imkanlar yaradacaqdır.
Universitetdə təmir və yenidənqurma işləri tam başa çatdırılmışdır. Auditoriyalar səliqəyə salınmış, texniki avadanlıqlarla təchiz olunmuşdur. Yeməkxana genişləndirilmiş və şəraiti yaxşılaşdırılmışdır. Bundan başqa, müəllim və tələbələri narahat edən bir çox məsələlər öz müsbət həllini tapmışdır. Fakültələrin komplektləşdirilməsi başa çatdırılmışdır. Tələbələrin bir korpusdan digər korpusa gedib-gəlmələrinin qarşısını almaq məqsədi ilə bu cür təşkilati işlər aparılmışdır. Bu da vaxt itkisinin qarşısını almaqla tədrisin səmərəliliyini artırır. Müəllim və tələbələr kompüter sistemindən də yararlana biləcəklər. Yeni qazanxana quraşdırmaqla istilik sistemi tam qaydaya salınmışdır. Sanitar qovşaqlar demək olar ki, yenidən qurulmuşdur.
Bu gün respublikamızda təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur. Bundan səmərəli istifadə isə ölkə rəhbərinin müəyyənləşdirdiyi başlıca prioritetlərdən biridir. SDU-nun çoxsaylı professor-müəllim heyəti ürəkdən inanır ki, Azərbaycan xalqını firavan gələcəyə aparan bu siyasət nəticəsində milli kadr hazrlayan universitetimiz nüfuzlu ali məktəblərdən birinə çevriləcəkdir.