“Bizi çətin oyun gözlədiyini bilirdik. Heyətimizdə də itkilər vardı. Buna baxmayaraq, meydanda istədiyim “Səbail”i gördüm”.
“Report”un məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XIII turunda evdə “Neftçi” ilə qolsuz bərabərlikdən sonra söyləyib.
38 yaşlı mütəxəssis bildirib ki, ilk hissədə 2 real qol şansları olub: “İkinci yarıda isə penaltidən yararlana bilmədik. Üç xal daha yaxşı olardı. Amma bu gün bir xal qazandığımızı düşünürəm. Çünki “Neftçi” kimi rəqibə qarşı oynadıq”.
Hacıyev “Neftçi” azarkeşlərinin “Səbail”i təhqir etməsinə də toxunub: “Mənə çox təəcüblü gəlir. Futbol ictimaiyyəti mənim kimləsə sövdələşməyə getmədiyimi yaxşı bilir. Bizim “Neftçi”dən xal almağımızı “Qarabağ”a kömək kimi qələmə verirlər. Bəli, Qurban Qurbanovla bir yerdə oynamışıq, rəhbərliyi altında çıxış etmişəm. Kimsə nə mənim, nə də Qurbanın adına ləkə gətirə bilməz. Heç birimiz bu sözlərə layiq deyilik. Onların rəhbərlərilə görüşəcəm. Bunu böyütmək istəmirəm. Bu aqressiyanı “Neftçi”dən də görürəm. Gənc oyunçularımıza söz atırlar. Biz öz oyunumuzu düşünürük, nə “Qarabağ”, nə də “Neftçi” bizi maraqlandırmır”.
Baş məşqçi uğursuzluq zolağında olmalarını bu cür şərh edib: “Qalatasaray” da 8 oyundu qalib gələ bilmir. Bu, böyük komandaların da başına gələ bilər. Bizim heyətimiz zəifdir. Son sırada olmağımız normal haldır. Strategiyamız var, gənclərə güvənəcəyik. Qarşıma konkret məqsəd qoyulsaydı, bu gün istefa verib gedərdim. Sırf yerli futbolçularla uğur qazanmaq olmaz. Bu, 10-15 il əvvəl olub, indi isə belə bir şey yoxdu. Ancaq həvəsdən düşmürük. Əvvəlki büdcə ilə indiki arasında fərq var. Güclənmək yox, daha çox heyəti qorumaq haqda düşünürük. Rəhbərlik hər şeyin yaxşı olmasına çalışır”.
Gənc mütəxəssis zədəli futbolçuların vəziyyətinə də aydınlıq gətirib: “Elvin Yunuszadə meydana ağrılarla çıxırdı, durumu bizi narahat edirdi. Ayağında ağrılar var. Yevgeni Koçuk da əməliyyat olunmalıdır. Böyük ehtimalla, Azərbaycan Kubokunda çıxış etməyəcək”.