“Qarabağ”ın oyununda qalmaqal - Ermənilər stadiondan çıxarıldı - Video

“Qarabağ”ın oyununda qalmaqal - Ermənilər stadiondan çıxarıldı - Video Avropa Liqasının qrup mərhələsinin V turunda keçirilən “Sevilya” – “Qarabağ” oyununda erməni təxribatının qarşısı alınıb.

Sportinfo.az xəbər verir ki, matçın gedişində tribunadakı bir qrup azarkeş erməni bayrağı açıb. Bunu görən İspaniyadakı diasporamızın üzvlərindən biri sərt reaksiya verib. Nəticədə onlar bayrağı yığışdırıblar.
Ancaq bir müddətdən sonra erməni olduqları ehtimal edilən həmin şəxslər yenə təxribata əl ataraq, bayrağı açıblar. Diaspora fəalımızın növbəti etirazı isə daha sərt olub.

Bundan sonra məsələyə polislər qarışıblar və həmin adamları stadiondan kənarlaşdırıblar.

Həmin görüntüləri təqdim edirik.


Oxşar xəbərlər