
Dekabrın 14-də keçirilən və xoşagəlməz olaylarla yadda qalan qarşılaşma ilə bağlı işi bir neçə dəfə təxirə salan UEFA bu dəfə yekun qərarını verib. Londonda keçirilən oyunun gedişində əlində qondarma “Dağlıq Qarabağ Respublikası” bayrağı olan azarkeşin çıxması, həmçinin görüşün startının gecikməsi İngiltərə klubunun cəzalandırılması ilə nəticələnib. UEFA “Arsenal”a 15 min avro cərimə kəsib.
Qeyd edək ki, oyunda London klubu 1:0 hesabı ilə qalib gəlib.