Bürhan Həmidov: Akkord Azərbaycan Respublikasının iqtisadi gücünün artırılması, sosial rifahın yaxşılaşdırılması yolunda dövlətin həyata keçirdiyi ardıcıl siyasətə öz dəstəyini verir

Bürhan Həmidov: Akkord Azərbaycan Respublikasının iqtisadi gücünün artırılması, sosial rifahın yaxşılaşdırılması yolunda dövlətin həyata keçirdiyi ardıcıl siyasətə öz dəstəyini verir

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin inşa etdiyi Kutaisi dairəvi avtomobil yolu istifadəyə verilib

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Gürcüstanda inşa etdiyi beynəlxalq əhəmiyyətli avtomobil magistralının bir hissəsi istifadəyə verilib.

Magistralın açılış mərasimində Gürcüstanın Baş Naziri Giorgi Qaxaria, dövlət və hökumət rəsmiləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sərxan İsmayılov, Akkordun Gürcüstan nümayəndəliyinin rəhbəri Məzahir Abdullayev və digər rəsmi şəxslər iştirak ediblər.

M.Abdullayev görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Akkord “Şərq-Qərb” beynəlxalq avtomobil magistralının (E-60) tərkib hissəsi olan Samtredia-Grigolote hissəsində tikinti işlərinin aparılması ilə bağlı tenderin qalibi olub.

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında Kutaisi-Samtredia 4 zolaqlı dairəvi avtomobil yolunun (3 km 13 + 400 – km 30 + 000) modernləşdirilməsi barədə 2018-ci il dekabrın 28-də imzalanmış müqavilə əsasında magistralın tərkib hissəsi olan Kutaisi dairəvi yolunun inşası həyata keçirilib.

Ümumi uzunluğu 17 kilometr olan yolun bu hissəsinin tikintisinə 2019-cu il martın 5-də başlanılıb. Yolun 2021-ci ilin yanvarın 3-də istifadəyə verilməsi nəzərdə tutulmuşdu. Lakin “Akkord” tikinti işlərini sürətlə və keyfiyyətlə həyata keçirərək layihə üzrə nəzərdə tutulmuş işləri 6 ay tez başa çatdırıb.

Baş nazir Giorgi Qaxaria görülən işləri yüksək qiymətləndirib, kollektivə təşəkkür edib.

Bildirib ki, Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşdırlar. Azərbaycan şirkətləri bu tərəfdaşlığın daha da möhkəmlənməsində mühüm rol oynayırlar. “Akkord” şirkətinin bu layihəni qüsursuz və vaxtından əvvəl istifadə verməsi bunun əyani sübutudur.

Səfirliyin birinci katibi Sərxan İsmayılov Azərbaycan dövlətinin Gürcüstan ilə münasibətlərin daha da möhkəmlənməsinə və inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini bildirib. Azərbaycan şirkətlərinin də bu istiqamətdə çalışdıqlarını diqqətə çatdırıb.

Baş nazir Azərbaycan iş adamları və şirkətlərinin Gürcüstandakı fəaliyyətini yüksək qiymətləndirib, onların xarici ölkələrdəki nailiyyətlərini Azərbaycan dövlətinin xarici siyasətinin uğuru kimi dəyərləndirib.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin və digər Azərbaycan şirkətlərinin Gürcüstanda daha böyük işlər görəcəyinə və uğur qazanacaqlarına əmin olduğunu vurğulayıb.


Bürhan Həmidov: Akkord Azərbaycan Respublikasının iqtisadi gücünün artırılması, sosial rifahın yaxşılaşdırılması yolunda dövlətin həyata keçirdiyi ardıcıl siyasətə öz dəstəyini verirBürhan Həmidov: Akkord Azərbaycan Respublikasının iqtisadi gücünün artırılması, sosial rifahın yaxşılaşdırılması yolunda dövlətin həyata keçirdiyi ardıcıl siyasətə öz dəstəyini verir
Bürhan Həmidov: Akkord Azərbaycan Respublikasının iqtisadi gücünün artırılması, sosial rifahın yaxşılaşdırılması yolunda dövlətin həyata keçirdiyi ardıcıl siyasətə öz dəstəyini verir


«Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası» ASC-nin Baş icraçı direktoru Bürhan Həmidov - Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhəddində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Həmin qüvvələr Azərbaycanı zəiflətmək üçün hərbi təxribatlara əl atırlar. Ermənistan hakimiyyəti aranı qatmaq üçün müxtəlif cəhdlər edir. Növbəti təxribatla o, həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Nikol Paşinyan daxildə xalqın get-gedə ondan üz döndərdiyinin və xalqın problemlərini həll etmək imkanından məhrum durumda olmasının fərqindədir. Azərbaycanla sərhəddə hərbi təxribat törətməklə xalqın diqqətini daxili problemlərdən yayındırmaq istəyir. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyan hesab edir ki, xarici təhlükə qarşılığında cəmiyyəti ələ almaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Lakin yanılır. Necə ki, 2016-cı ilin aprelində Ermənistanın hücumunun Azərbaycan Ordusu tərəfindəın darmadağın olunması və Ermənistan ordusuna sarsıdıcı zərbə endirilməsi Serj Sərkisyan hakimiyyətini laxlatdı və az sonra dağıtdı, indi də Paşinyan iqtidarı bu taleni yaşayacaqdır. Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur. Hərbi təxribatlar onun hakimiyyətinin sonunu daha da yaxınlaşdırır. Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, Tovuz istiqamətində ölənlər haqqında məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Artıq Ermənistanda etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər. Paşinyan erməni əsgərlərini öz siyasi məqsədləri üçün qırğına verməkdə günahlandırılır. Paşinyan hakimiyyəti xalqı sakitləşdirmək üçün növbəti yalanı xalqa sırımağa çalışır. Guya Azərbaycanın hərbi bölmələrinin mövqeyini ələ keçirdikləri barədə yalanı tirajlayırlar. Ermənistan hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar. Artıq Paşinyanın yalanlarına inanmırlar. Ciddi sosial-iqtisadi böhran, korrupsiya, koronavirusla mübarizə istiqamətində çoxsaylı problemlər, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki böyük nöqsanlar Paşinyan hakimiyyətinin bu cür təxribat xarakterli addımlarla, o cümlədən bu il işğal edilmiş ərazilərdəki qondarma “seçkilər” vasitəsilə özünə vaxt qazanmasını tamamilə qeyri-mümkün etdi. 12 iyul təxribatı isə erməni baş nazirin özünü doğrultmayan son ümidi adlandırıla bilər. Regionun üzərində damokl qılıncı kimi dayanan genişmiqyaslı hərbi əməliyyatlar hər növbəti gün daha da real təhlükə xarakteri alır. Təhlükənin aradan qaldırılmasının yeganə effektiv üsulu isə hər kəsə məlumdur – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin təmin olunması, işğalçı qoşunların qeyri-şərtsiz və tamamilə Azərbaycanın ərazisindən çıxarılmalıdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də bu reallığı qəbul edərək işğalçı Ermənistana eyni çağırışla müraciət etməlidir. Bu gün yenə də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin tərəfləri atəşkəsə əməl etməyə səsləməsi növbəti mənasız və “dişsiz” bəyanatdan başqa bir şey deyildir və bu bəyanat Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə və işğala son qoyulmasına xidmət etmir. Ona görə də bundan sonrakı hadisələrin bütün məsuliyyəti işğalçı Ermənistanın və onun havadarlarının üzərində qalır. İyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səslənməkdədir. Bu, Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Lakin indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Bu gün Azərbaycanın müasir silahlarla, texnika ilə təchiz edilmiş güclü nizami ordusu var. Bu ordu düşmənin istənilən təxribatına cavab verməyə və torpaqlarımızı azad etməyə qadirdir. Ordumuza güvənirik. Arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.

Bizim prinsiplərimiz təhlükəsizlik, sağlamlıq və ətraf mühit məsələləri kimi həssas mövzulara olan yanaşmamızı tənzimləyir. Eyni zamanda, bu prinsiplər bizə etimad göstərən insanlara göstərdiyimiz münasibəti müəyyən edir.

Rəhbər prinsiplər aşağıdakılardır:

Müştərilər, işçilər və ümumilikdə cəmiyyət qarşısında olan öhdəliklərimizin yerinə yetirilməsi;
Biznesimizin bütün aspektlərini mükəmməlik və peşəkarlıq səviyyəsinə çatdırılması;
Fəaliyyət göstərdiyimiz sahənin bütün aspektlərini öyrənərək davamlı inkişaf yollarının axtarılması;
Öz biznesimizi doğru həyata keçirdiyimizdən və qərarları etik çərçivə daxilində qəbul etdiyimizdən əmin olmaq.
Müxtəlif istiqamətlər üzrə şaxələnmiş və dinamik idarəetmə bacarıqları ilə biz xidmət baxımından işimizin peşəkarlarıyıq.

Ənənəvi müqavilələrlə bərabər biz proqramlar, əməkdaşlıqlar və yaradılmış birgə müəssisələr əsasında fəaliyyət göstəririk. Sahib olduğumuz strategiya daima dəyişiklərə və yeni ideyalara açıqdır, o cümlədən fəaliyyətin bütün sahələrində ortaq əməkdaşlığa istiqamətlənən yanaşmanı dəstəkləyir.



Müasirliklə milliliyin vəhdətindən doğan yeni və təhlükəsiz tikililər yaratmaqla Azərbaycanın tikinti tarixində iz qoyan “Akkord”un əsas məqsədi mühüm əhəmiyyətli yerli və regional layihələrdə uğurla iştirak etməklə yanaşı, beynəlxalq miqyaslı inşaat-tikinti bazarında da rəqabətə davamlı transmilli korporasiya kimi fəaliyyətini davam etdirmək və daha da genişləndirməkdir.

Bizim missiyamız infrastruktur, sənaye, neft və qaz, yanacaq və daşınmaz əmlak tikintisi üzrə mühüm işləri həyata keçirmək və gənc nəsillər üçün əmin irs təmin etməkdən ibarətdir.

Akkord Azərbaycan Respublikasının iqtisadi gücünün artırılması, sosial rifahın yaxşılaşdırılması yolunda dövlətin həyata keçirdiyi ardıcıl siyasətə öz dəstəyini verir və bu istiqamətdəki fəaliyyətini bundan sonra da tam gücüylə davam etdirməkdə qərarlıdır.

«Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası» ASC-nin Baş icraçı direktoru Bürhan Həmidov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.

Şərəfli vəzifəyə yiyələnən Bürhan Həmidov bu işin müqəddəsliyini qoruyub saxlayır. Bürhan Həmidov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Bürhan Həmidovdan danışdılar yaxşı ki, Bürhan Həmidov «Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası» ASC-nin Baş icraçı direktoru təyin olunub… Bürhan Həmidov öz isguzarlığı ilə tanınır və seçilir….

Bürhan Həmidov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Bürhan Həmidov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun «Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası» ASC-nin Baş icraçı direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Bürhan Həmidov özünü doğruldub. Bizdə hörmətli Bürhan Həmidovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər