İrşad Abbasov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir

İrşad Abbasov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir Şər və Böhtan yazanlara tutarlı cavab - Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru hörmətli İrşad Abbasov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır!

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecində, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. "Írşad Abbasovun "pul tələsi"" başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecin direktoru İrşad Abbasovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecin direktoru İrşad Abbasovdur.

Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:

Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün);
Texnologiya müəllimliyi;
Təsviri incəsənət müəllimliyi;
Hüquq mühafizə fəaliyyəti;
Mühasibat uçotu;
Maliyyə işi;
Elektrik təchizatı;
Nəqliyyat vasitələrinin texniki istismarı (nəqliyyat növləri üzrə);
Yol hərəkətinin təşkili;
Aqrar (fermer) təsərrüfatının təşkili;
Nəqliyyat vasitələrinin təmiri və servisi.


Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecin direktoru İrşad Abbasov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən İrşad Abbasov bu işin müqəddəsliyini qoruyub saxlayır. İrşad Abbasov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu İrşad Abbasovdan danışdılar yaxşı ki, İrşad Abbasov Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecin direktoru təyin olunub… İrşad Abbasov öz isguzarlığı ilə tanınır və seçilir….

İrşad Abbasov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Ona etibar edilən bütün işlərdə İrşad Abbasov özünü doğruldub. Bizdə hörmətli İrşad Abbasovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecin direktoru İrşad Abbasov - Azərbaycan xalqının sevimli bayramlarından biri olan Novruz yaradıcılıq rəmzi, yeni həyatın başlanğıcı kimi qədim zamanlardan günümüzə gəlib çatmışdır. Novruz bayramı zamanı insanlar bir-birinin günahlarını bağışlayır, kasıblara kömək edir, küslülər barışır. Təbiətin oyanışını və dirçəlişini təcəssüm etdirən Novruz bayramına hazırlaşan insanlar qədim zamanlardan evlərini və torpaqlarını, küçə və həyətlərini səliqə-sahmana salmış, təmizlik işləri aparmışdır. Novruz bayramı həmişə xalqımız üçün müqəddəs olub. Novruz bayramı ərəfəsində bir çox maraqlı mərasimləri, ayinləri və adət-ənənələri keçirilir.
Novruz yazın başlanğıcıdır ki, bu gün onu bahar bərabərliyi adlandırırlar. Novruz müasir dövrdə mədəni irs və milli bayram kimi xalqımız tərəfindən hər il keçirilir. Bu bayram üç min ildən artıq tarixə malikdir, təxminən 3000 il əvvəl Novruz bayramı əkinçiliklə bağlı idi və sonralar daha da təkmilləşdi.
Müasir dövrdə rəsmi olaraq martın 21-i Beynəlxalq Novruz Günü kimi qeyd olunur. Həm beynəlxalq, həm də milli bayram olan Novruzu müxtəlif ölkələrin xalqları özünəməxsus şəkildə istifadə edirlər. Xalqımız min illərdir ki, Novruz bayramını gələcək nəsillər üçün qoruyub saxlamağa çalışırlar. Yadellilər Novruz bayramını qeyd etməyi qadağan etsələr də xalqımız bu əziz bayramı unutmamışdır. Cümhuriyyət dövründə Novruz təmtəraqla qeyd olunsa da, sovet hakimiyyəti qurulandan sonra bu bayrama münasibət dəyişdi. Əvvəllər bolşeviklər xalqın dəstəyini qazanmaq məqsədilə Novruz bayramının keçirilməsinə icazə verdilər. Lakin radikal yönümlü bolşeviklər 1928-ci ildən başlayaraq dini və milli bayramlarda qarşı, o cümlədən də Novruz bayramına qarşı kəskin çıxışlar etdilər. Nəticədə keçmiş SSRİ ərazisində Novruz bayramı tamamilə qadağan edildi. Lakin xalqımızın qədim tarixə malik olan keçmiş dəyərlərini unutdurmaq heç də asan məsələ deyildi. Hələ Sovet hakimiyyəti dövründə kommunistlərin bu qadağalarına qarşı ciddi çıxışlar oldu.
Ümummilli Lider Heydər Əliyev Novruzu milli birlik bayramı adlandırırdı. Bu baxımdan da Ulu Öndər qeyd edirdi ki, “Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır. Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə də onlarda xoş, nikbin əhval – ruhiyyə yaradıbdır. Ona görə də bu bayram hər bir azərbaycanlı üçün əziz bayramdır”. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə öz çıxışlarında Novruz bayramının bizim “milli bayramımız, milli sərvətimiz” olduğunu qeyd etmişdir. Ölkə başçısı ənənəvi olaraq hər il Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir və bayram tədbirlərində yaxından iştirak edir.
YUNESKO-nun xoşməramlı səfiri, birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən dünyanın digər 76 qeyri-maddi irs elementi ilə birlikdə Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Qeyri-maddi irsin bu 76 elementinin daxil edilməsi barədə qərar Qeyri-Maddi İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 24 üzv dövləti tərəfindən qəbul edilib. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında gündəliyin 49-cu “Sülh mədəniyyəti” bəndinə əsasən konsensusla “Beynəlxalq Novruz Günü” adlı qətnamə qəbul edilmişdir.
Müasir dövrdə Azərbaycanda Novruz şənlikləri bir neçə gün davam edir. Bu bayramda insanlar bir-birləri ilə ən xoş arzularını bildirirlər. Ölkəmizdə təşkil edilən Novruz şənliklərində insanlar torba atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, üzük falına baxmaq, səməni yetişdirmək, yumurta döyüşdürmək, qonaq getmək, yaşlıları ziyarət etmək, şam yandırmaq, küsülülərin barışması, yallı getmək, xoruz döyüşdürmək kimi adətləri yerinə yetirirlər.

Oxşar xəbərlər