“Beşiktaş” baş məşqçisiz qaldı

“Beşiktaş” baş məşqçisiz qaldı Avropa Liqasının qrup mərhələsinin IV turunda “Braqa” ilə qarşılaşacaq “Beşiktaş” Portuqaliyaya baş məşqçisiz yollanıb.

Fanat.Az xəbər verir ki, “Qara Qartallar”ın çalışdırıcısı Abdullah Avcı səhhətində problem yarandığı üçün İstanbulda qalıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Açıqlamada bildirilir ki, Abdullah Avcı ağır qrip səbəbi ilə müalicəsini axsatmamaq üçün komandanın “Braqa” ilə səfər oyununa yollanan heyətində yer almayıb. Baş məşqçi müalicənin nəticəsindən asılı olaraq, həkimlər icazə verəcəyi halada sasah Portuqaliyaya yollanacaq.

Qeyd edək ki, sabah keçiriləcək “Braqa” – “Beşiktaş” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Oxşar xəbərlər