Masallı rayonunun hazırda Azərbaycanın ən dinamik və sürətlə inkişaf edən rayondur

Masallı rayonunun hazırda Azərbaycanın ən dinamik və sürətlə inkişaf edən rayondur
"Masallı rayonu inkişaf edir, abadlaşır, yeni müəssisələr yaradılır.
Masallı rayonu əslində ölkə miqyasında böyük nüfuza çevrilməlidir".

İlham Əliyev


Təzə Alvadı ərazisinin Əhmədli kəndində səyyar görüş-qəbul

Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Təzə Alvadı ərazisinin Əhmədli kəndində keçirilmişdir. Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin 150-ə yaxın kənd sakini iştirak etmişdir.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir.
Rayon icra hakimiyyətinin başçısı qeyd etmişdir ki, Təzə Alvadı ərazisi rayonun böyük və abad yaşayış məntəqələrindəndir. Ölkədə, rayonda həyata keçirilən abadlıq - quruculuq işləri, 9881 min əhalisi olan bu kənddə də öz əksini tapır. Buna baxmayaraq biz yenə də əhalinin təklif və müraciətləri ilə tanış olmaq üçün RİH-də, ərazilərdə görüş-qəbullar keçirir, şəxsi evlərdə olur, insanların problemlərini öyrənir və onlara bilavasitə kömək göstərməyə çalışırıq. Ölkə rəhbərinin bu tapşırığı mütəmadi yerinə yetirilir. Görürük ki, cənab Prezident xalqın rifahı üçün səylə çalışır, ölkənin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün var gücünü sərf edir. Təkcə cari ildə xalqın rifahının yaxşılaşdırılması üçün 20-yə yaxın Sərəncam imzalayıb ki, bu da insanların rahat yaşamasına gətirib çıxarıb. Təkcə Masallıda 45 mindən çox adam bu sərəncamlardan yararlanır. Masallıda bir çox infrastruktur layihələr həyata keçirilib. Qazlaşdırmada, yaşayış məntəqələrinin SİP kabelləşməsində əsaslı işlər görülür. Masallıda kəndlərin 97 faizi qazlaşdırılıb. Yolların asfaltlaşdırılması da rayon sakinlərin fərəhinə səbəb olur. Kənd təsərrüfatı inkişaf edir. Kəndçilər artıq torpağa qayıdır. Bu da təzə iş yerlərinin yaranmasına səbəb olur. Əkinlərin suvarılmasınakı çətinlik həllini tapmaqdadır. Bunun üçün Viləşçay su dəryaçasının ikinci növbəsinin tikintisinə hazırlıq işləri gedir. Kəndlərdə mövcud sututarlar Cənab Prezidentin sərəncanı ilə təmir olunur.
Sonra rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Kənd sakinlərindən “Tərəqqi medallı fermer Hadı İsmayılov, müəllim Aslan Cəfərov, Günay Ağazadə, İsaq Bağırov, gənc müəllim Cavad Cəfərov, İslam Abuşov və başqaları torpaq verilməsi, pay torpaqlarının kooperativ şəkildə birləşməsi, kəndə olan körpünün təmiri və sair məsələləri gündəmə gətirmişlər.
Çıxış edənlər sosial-iqtisadi sahədəki uğurlara, həmçinin kənd yollarının asfaltlaşdırılması, qaz və işıqla fasiləsiz təmin olunmalarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.



Son illər rayonda müasir tələblərə cavab verən istirahət mərkəzlərinin və turizm obyektlərinin tikintisi, yol infrastrukturunun yenilənməsi təkcə ölkə əhalisinin deyil, həm də əcnəbilərin Masallıya axınına səbəb olub. Dəfələrlə beynəlxalq folklor festivallarına ev sahibliyi etməsi, ölkə mədəniyyətinin tanıdılması üçün əcnəbi qonaqlara səmimiyyətlə qucaq açması, bu rayonun adını xeyli məşhurlaşdırıb.

Masallı kənd təsərrüfatı rayonudur. Əhalisinin 90 faizi kəndlərdə məskunlaşıb və əsasən, torpaqla məşğul olur. Bu sahənin inkişaf etdirilməsini prioritet məqsədə çevirən də bu səbəbdir. Bu məqsədlə ixtisaslaşma aparılması, region üçün ənənəvi olan əkin sahələrinin genişləndirilməsi, eləcə də kooperasiyaların yaradılması istiqamətində tədbirlər uğurla həyata keçirilir. Masallı rayonuna media-tur çərçivəsində səfər edən jurnalistlər isə bu inkişafın yaxından izləyicisinə çevrildilər. Necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.

Masallı rayonunun hazırda Azərbaycanın ən dinamik və sürətlə inkişaf edən rayonunlarından olduğunu desək, heç də səhv etmərik. Burada aparılan abadlıq–quruculuq işlərinin vüsəti, istifadəyə verilən və inşasına başlanılan sosiai–sənaye obyektlərinin miqyası o qədər böyükdür ki, bunların hamısını bir yazıda qeyd etmək mümkünsüzdür. Əminik ki, yaxın illərdə bu proses daha da güclənəcək və Masallı ölkəmizin ən aparıcı, ən inkişaf etmiş müasir diyarına çevriləcəkdir.

Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov media işçiləri ilə görüşündə aparılan quruculuq işlərindən, qarşıda duran planlardan söhbət açdı. Sovet dövründə Masallıda 17 min hektar sahədə əkin aparıldığını qeyd edən icra başçısı, son illərdə bu rəqəmin təxminən 18 min hektara yüksəldiyini bildirdi. Amma icra başçısı əvvəllər bu torpaqlarda əsasən taxıl əkildiyini, onun isə rentabelli olmadığını da vurğuladı: "Təxminən 14 min hektar sahədə taxıl əkilirdi. Amma məhsuldarlıq yüksək deyildi. Bu baxımdan, kndli demək olar ki, taxıl əkinindən xeyir götürmürdü. Bunu nəzərə alıb, taxıl əkinini azaltmağa doğru gedirik. Hazırda 18 min hektarda əkin həyata keçirilib. Kartofun əkin sahələrini artırırdıq. Bazar bizimlə "oynamasa”, perspektiv daha çox ola bilər. Rayonda çay plantasiyalarını da artırmağı planlaşdırırıq”.

Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovdur.

Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Turizmin iqtisadiyyatın inkişafında böyük potensiala çevrildiyini və dünyanın əsas biznes komponentlərindən biri olduğunu yaxşı dərk edən rayon rəhbərliyi, qeyri-neft sektoru kimi kənd təsərrüfatı ilə yanaşı, bu sahəni də inkişaf etdirməyi hədəfləyib. Turizmi dünyanın təkcə dinamik hadisələrindən biri kimi deyil, həm də iqtisadi, sosial və mədəni fəaliyyətin mühüm hissələrindən biri kimi dəyərləndirən R.Hüseynov turizm əlaqələri və onun iqtisadi təsirinin kənd turizminə, təbiətinin gözəlliyindən zövq almaq üçün ekoturizmə, mədəni turizmə, ətrafdakı yerli əhalinin sosial həyatına təsirsiz ötüşməyəcəyinə əminliyini gizlətmir. Belə ki, bir çox ölkələrdə əhalinin məşğuliyyətinin 50 faizinin birbaşa və ya dolayısı ilə turizmlə bağlı olduğunu nəzərə alsaq, bu, yerli əhalinin məşğulluğuna da müsbət təsir edəcək.

İcra başçısının sözlərinə görə, turistlərin rayona cəlb olunması üçün səbəblərdən başlıcası Masallı rayonunun termal sulara malik olmasıdır: "Təsadüfi deyil ki, sovet dövründə bu ərazi ümumittifaq kurortu elan edilib. Bu gün isə bu müalicəvi sular beynəlxalq kurort səviyyəsindədir. Bu suyun geniş imkanları və kurort kimi inkişafı üçün 2016-cı ildə ölkə başçısına müraciət etdik. Yəqin ki, Masallıda beynəlxalq turizm şəhərciyi salınacaq. Biz bu qərarın icrasını keçən ilin sonu üçün gözləyirdik. Hazırda mərkəzin layihələşməsi gedir. Bu günlərdə tikintini həyata keçirəcək qrupun nümayəndəsi ilə görüşdük. Biz onlara yer də seçmişik”. İnfrastrukturun yaradılması üçün icra başçısı Yaponiya təcrübəsini də öyrənib: "Fuji şəhərində termal qaynaqlar var. Ancaq yaponların məxsus olduğu termal suların keyfiyyəti bizdəki kimi deyil. Yaponlar uzaq məsafəyə baxmayaraq, bu termal sulara görə ölkəmizə gəlməyə hazırdırlar. Bizim onlarla qardaşlaşma ilə bağlı niyyət protokolumuz da var idi. Sadəcə, sənədləşmə başa çatmayıb. O cümlədən, rayonumuz Türkiyənin Afyon şəhərinin Sandıklı bələdiyyəsi ilə qardaşlaşıb. Türkiyədə ən əhəmiyyətli termal sular məhz bu bölgədədir”.

Turistlərin maraq göstərdiyi tarixi-mədəni abidələrin bərpasına gəlincə, icra başçısı bu sahədə də problemlərin olduğunu gizlətmir: "Bir neçə tarixi tikilinin bərpasına ehtiyac var. Ərkivan-Qala bazarının turistlər üçün bazar kimi fəaliyyətinin qurulmasını istəyirəm. O bazarın qurulması üçün sahibkar tapa bilmirik. Ancaq inanıram ki, imkan olanda biz o bazarı qura biləcəyik”.
Rayonda Park Bulvar Kompleksinin tikintisi də davam edir. Cənab Prezident Masallıya səfər edərkən Viləş çayının şəhər hissəsində yeni salınan Park-Bulvar kompleksinin tikintisi ilə tanış olub. Artıq 559 kv. metr hissədə işə başlanılıb. Çayın hər iki sahilini əhatə edəcək bulvarın tikintisinə böyük xərc qoyulub. Ancaq onun başa çatdırılması daxili imkanlar hesabına mümkün deyil. Ölkə başçısının tapşırığı ilə smeta xərcləri ilə bağlı aidiyyatı qurumlara məktub təqdim edilib.
Bir sözlə, Masallı sosial-iqtisadi inkişafı davam etdirmək üçün bir-birinin ardınca layihələr həyata keçirməkdədir. İnsanların rifahına, rayonun inkişafına yönəlik planlar isə çoxdur...

Amma mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq nə dərəcədə düzgündür? Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Rafil Hüseynovu nüfuzdan salmağa çalışırlar.

Həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Rafil Hüseynovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

P.S. Qanuninfo.az olaraq bəzilərinin diqqətinə çatdırır ki, Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun bizim müdafiəmizə ehtiyacı yoxdur.
Masallı rayonunun hazırda Azərbaycanın ən dinamik və sürətlə inkişaf edən rayondurMasallı rayonunun hazırda Azərbaycanın ən dinamik və sürətlə inkişaf edən rayondurMasallı rayonunun hazırda Azərbaycanın ən dinamik və sürətlə inkişaf edən rayondurMasallı rayonunun hazırda Azərbaycanın ən dinamik və sürətlə inkişaf edən rayondur

Oxşar xəbərlər