Rafil Hüseynovun başçılığı altında Masallı rayonu gündən–günə inkişaf edir

Rafil Hüseynovun başçılığı altında Masallı rayonu gündən–günə inkişaf edir
"Masallı rayonu inkişaf edir, abadlaşır, yeni müəssisələr yaradılır.
Masallı rayonu əslində ölkə miqyasında böyük nüfuza çevrilməlidir".

İlham Əliyev

Ölkəmizin sürətlə inkişaf edən rayonlarından biri də Masallıdır. Subtropik zonanın incisi sayılan Masallı rayonunda elə yaşayış məntəqələri var ki, əhali sıxlığı Çindəkindən də yüksəkdir. Məsələn, Ərkivan qəsəbəsində ərazinin hər kvadratkilometrinə 220 adam düşür (Çində bu rəqəm 130 nəfərə bərabərdir). Elə buna görə də Masallıda hər qarış torpağın qədrini bilməyi şərait özü diqtə eləyir.

Masallı rayonunun hazırda Azərbaycanın ən dinamik və sürətlə inkişaf edən rayonunlarından olduğunu desək, heç də səhv etmərik. Burada aparılan abadlıq–quruculuq işlərinin vüsəti, istifadəyə verilən və inşasına başlanılan sosiai–sənaye obyektlərinin miqyası o qədər böyükdür ki, bunların hamısını bir yazıda qeyd etmək mümkünsüzdür. Əminik ki, yaxın illərdə bu proses daha da güclənəcək və Masallı ölkəmizin ən aparıcı, ən inkişaf etmiş müasir diyarına çevriləcəkdir.

Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovdur.

Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Masallı Rayon İcra Hakimiyyəti Başçısı Rafil İSRAFİL OĞLU HÜSEYNOVUN Masallı şəhər sakinləri ilə səyyar görüş-qəbulu hər zaman diqqət mərkəzində saxlanılır.

Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov - 14 aprel 1953-cü ildə Bərdə rayonunun Gülgəzli kəndində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini, 1980-ci ildə UİLKGİ MK-yanında AKM-ni, 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Kənd təsərrüfatı istehsalının iqtisadiyyatı fakultəsini bitirmişdir. “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Masallı rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

Amma mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq nə dərəcədə düzgündür? Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Rafil Hüseynovu nüfuzdan salmağa çalışırlar.

Həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Rafil Hüseynovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

P.S. qanuninfo.az olaraq bəzilərinin diqqətinə çatdırır ki, Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun bizim müdafiəmizə ehtiyacı yoxdur.

Oxşar xəbərlər