Soyuq havalarda mühərriki qızdıran sürücülərə PİS XƏBƏR — Bunları ETMƏYİN - VİDEO

Soyuq havalarda mühərriki qızdıran sürücülərə PİS XƏBƏR — Bunları ETMƏYİN - VİDEO Əksər sürücülər avtomobili ilk işə salan zaman təxminən 15-20 dəqiqə mühərriki qızdırırlar.
ATV xəbər verir ki, ustalar tövsiyə edir ki, maşın işə salınandan sonra 1-2 dəqiqə sonra avtomobili hərəkət etdirmək lazımdır.

Əks halda bu, avtomobilin mühərrəkinə ziyan vura bilər. Benzin mühərriklərdə 1-2 dəqiqə, dizel mühərriklərdə isə 3-4 dəqiqə gözləmək bəs edir.
Çox işlədiyi zaman mühərrikin dövriyyəsi çox aşağı olduğundan qızma gec baş verir. Yağlanma da gec getdiyinə görə, bu avtomobilin mühərrikinə ziyandır.

Ustalar avtomobilləri payız-qış aylarına uyğun şəkildə nizamlamağı da tövsiyə edir.


Oxşar xəbərlər