“Düşmənlərin ölməsi üçün cadu edirəm” – VİDEO

“Düşmənlərin ölməsi üçün cadu edirəm” – VİDEO “Cin və ruhla fala baxıram, qara magia ilə məşğulam, düşmənlərin ölməsi üçün cadu edirəm”.

Bu fikirlər “İnstaqram”da yer alır.

Ümumiyyətlə, son günlər bu cür elanlarla dolu fal və ya cadu səhifələrinə çox rast gəlmək mümkündür.

Səhifələrin hər birində fala baxan və ya cadu edən şəxslər bu işi nə ilə gördüklərini və hər bir işi üçün qiymətləri də qeyd ediblər.

Hətta bəzi səhifərələrdə cadunun edilməsi prosesi də aydın şəkildə göstərilir.

Hətta bu azmış kimi səhifələrin hər birində bu işi görənlər gördükləri işə zəmanat verdiklərini bildiriblər.

Onlar öz fəaliyyətlərini günün tələblərinə uyğunlaşdırmağı da yaddan çıxarmayıblar. Çünki ödənişi onlayn tələb edir, yalnız bundan sonra cadu etdiklərini müştərilərinə bildirirlər.

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin mütəxəssisi Ağasəid Yaqubov isə bildirir ki, həmin şəxslər dələduzdurlar və məqsədləri insanları aldatmaqdır. Cadu deyilən bir anlayış yoxdur və bunu edənlər sadəcə insanları psixoloji olaraq buna inandırırlar.

Onun sözlərinə görə, belə insanlarla mübarizə aparmaq üçün Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə iş görürlər.

İdarə rəsmisi vətəndaşları bu dələduzlara qarşı ayıq olmağa və aldanıldıları təqdirdə dərhal müvafiq qurumlara müraciət etməyə çağırıb.

Oxşar xəbərlər