Bu gün Moskvada (Rusiya) Müstəqil Dövlətlər Birliyinin (MDB) hökumət başçılarının iclası keçiriləcək.
Oxu.Az MDB-nin rəsmi saytına istinadən xəbər verir ki, tədbir “Skolkovo” texnoparkında baş tutacaq.
Hökumət başçıları MDB ölkələrinin qarşılıqlı iqtisadi əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.
İclasın gedişatında dövlətlərin əməkdaşlığı konsepsiyasının – cəmiyyətin rəqəmli inkişafı və onun reallaşdırılması üzrə başlanğıc tədbirlər planı, həmçinin “MDB ölkələrinin informasiya təhlükəsizliyi təminatı strategiyası” müzakirə olunacaq.
Bundan başqa, iclasın gedişatında ölkələrin standartlaşdırma, veterenariya, narkotiklərlə mübarizə və digər sahələrdə əməkdaşlığın tənzimlənməsinə dair bir sıra sənədlər imzalanacaq.