APOEL prezidenti oyundan öncə “Qarabağ”a hədiyyə verdi

APOEL prezidenti oyundan öncə “Qarabağ”a hədiyyə verdi Avropa Liqasının qrup mərhələsinin III turunda keçiriləcək "Qarabağ" - APOEL oyunundan öncə klub rəsmiləri bir araya gəlib.
Qafqazinfo xəbər verir ki, Kipr klubunun prezidenti Prodromos Petridis və Ağdam təmsilçisinin idarə heyətinin üzvü Fevzihan Aras görüşüb.

Fevzihan Aras "Qarabağ"ın rəmzi olan at heykəlini Petridisə bağışlayıb.

APOEL "Twitter" hesabında xoş münasibət üçün "Qarabağ"a təşəkkür edib:
"Meydandan kənardakı davranışlarınıza görə təşəkkür edirik! Sabah meydanda qürurumuz və tariximiz üçün savaşacağıq".

Qeyd edək ki, "Qarabağ" - APOEL oyunu saat 20:55-də Tofiq Bəhramov adına Respbulika Stadionunda keçiriləcək.

Oxşar xəbərlər