Valeh Nəcəfov: Səfərbərlik və hərbi xidmətə çağırış sahəsində uğurlu nəticələr əldə olunub

Valeh Nəcəfov: Səfərbərlik və hərbi xidmətə çağırış sahəsində uğurlu nəticələr əldə olunub Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi, polkovnik Valeh Nəcəfov - Prezident İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ötən dövr ərzində istər idarəetmə mexanizminin təkmilləşdirilməsi, istər qanunvericilik, istərsə də onun tətbiqi, çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması istiqamətində zəruri tədbirlər görülüb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi bir növ Silahlı Qüvvələrlə cəmiyyət arasında körpü rolunu oynayır və 7 ildir ki, bu vəzifələri müvəffəqiyyətlə icra etməklə dövlətin və vətəndaşların xidmətindədir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin kollektivi qarşıya qoyulan bu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün səy və bacarığını əsirgəmir. Bunu son aylarda kollektiv tərəfindən həyata keçirilən tədbirlər və hərbi vətənpərvərlik tərbiyəsinin təbliği ilə əlaqədar gördüyü işlər açıq aşkar sübut edir. Rayonda keçirilən bütün tədbirlərdə şöbənin rəhbərliyi yaxından iştirak etməklə, konkret və əməli təkliflərlə ictimaiyyət qarşısında çıxışlar edir. Təkcə may ayında Alman faşizmi üzərində qələbənin 74-cü, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş bayram tədbirlərində rayonumuzun bütün idarə, müəssisə və təşkilatları kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəhbərliyi və bütün kollektivi fəal iştirak edib. Müharibə veteranları ilə keçirilən səmimi və işgüzar görüşlərdə onların arzu və təklifləri dinlənilib. Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə abidə önünə əklil qoyan şöbəmizin kollektivinin hər bir üzvü bu tədbirdə iştirak etməklə öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirib.

Şöbəmizin əməkdaşları rayon rəhbərliyinin göstərdiyi qayğı və etimada əməli işləri ilə cavab vermək üçün bütün imkanlardan səmərəli istifadə etməyə ciddi səy göstərirlər. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi tərəfindən göndərilən təlimatların tam şəkildə icrasını təmin edilməsi üçün rayon icra hakimiyyəti və rayonun digər əlaqədar təşkilatları ilə birlikdə yerlərdə qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstəririk. Bu ilin birinci rübündə Astara şəhəri, Siyakü və Pensər kəndlərində səfərbərlik zamanı hərbi vəzifəlilərin vaxtında toplanması üçün xəbərdarlıq sahəsinin rəisləri və müavinləri, hərbi vəzifəlilərin əvvəlcədən toplanış məntəqəsinin şəxsi heyəti ilə praktiki məşğələlər təşkil olunmuşdur. Hərbi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bunu nəzərə alan şöbənin şəxsi heyəti texniki baxışda rayon dövlət yol polisinin və hərbi hissənin nümayəndələrinin iştirakını təmin etmişdir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsinin təşkili və hərbi işə maraq oyadan kütləvi tədbirlər, hərbi hissələrə ekskursiyaların təşkili, əsgər həyatı və hərbi texnika ilə yaxından tanışlıq kimi maraqlı tədbirlərin keçirilməsi sahəsində bundan sonra da fəallığı daha da artıracaqdır.


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Valeh Nəcəfovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi, polkovnik Valeh Nəcəfovdur.

Rayonda səfərbərlik hazırlığı işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılması, yola salınması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində mühüm işlər görülüb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi, polkovnik Valeh Nəcəfov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Valeh Nəcəfov bu işin müqəddəsliyini qoruyub saxlayır. Valeh Nəcəfov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Valeh Nəcəfovdan danışdılar yaxşı ki, Valeh Nəcəfov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi təyin olunub… Valeh Nəcəfov öz isguzarlığı ilə tanınır və seçilir….

Valeh Nəcəfov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Valeh Nəcəfovu heç vaxt əqidəsindən döndərə bilməz.

Valeh Nəcəfov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Valeh Nəcəfov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Valeh Nəcəfov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Valeh Nəcəfovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Valeh Nəcəfov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Valeh Nəcəfov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Valeh Nəcəfov özünü doğruldub. Bizdə hörmətli Valeh Nəcəfovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər