Aqşin Xancanov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir

Aqşin Xancanov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Aqşin Xancanovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi mayor Aqşin Xancanovdur.

2016-cı ilin uğurlu aprel döyüşlərini qiymətləndirərkən ölkə Başçımız demişdir: “Aprel döyüşləri bizim şanlı qələbəmizdir”. Xüsusi vurğulanmalıdır ki, aprel döyüşləri xalqımızın yenilməzlik, mübarizlik əzmi ilə yanaşı, həm də Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu gün möhtərəm Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin tam qətiyyətini göstərdi. Bütün dünyaya bəyan etdi ki, Azərbaycan dədə-baba torpaqlarından bir qarışını belə verməyəcək və ərazi bütövlüyünü təmin etmək iqtidarındadır.
Qurur hissi ilə deyirəm, həmin döyüşlərdə daşkəsənli gənclər də iştirak etmiş, rəşadət göstərmişlər. Daşkəsən rayonu işğal altında qalmış Kəlbəcər rayonu ilə 23 km, mənfur Ermənistanla 8 km həmsərhəddir. Bu amillər də daşkəsənli gənclərin vətənpərvərlik hislərini daha da coşdurur.
Ötən il isə Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra işğaldan azad edilib.
Əgər lazım gələrsə, biz daşkəsənlilər də hamılıqla silaha sarılıb möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə döyüşlərə atılacağımız anı səbirsizliklə gözləyirik.
Xidmət tərəfindən yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində rayonumuzda görülən işlər də yüksək qiymətləndirilməlidir. Bu məqsədlə mütəmadi olaraq mədəni-kütləvi tədbirlər təşkil olunur. Xüsusən çağırış yaşlı gənclərin rayon ictimaiyyətinin iştirakı ilə təntənəli surətdə hərbi xidmətə yola salınması və qarşılanması mərasimləri əsl bayram ovqatında keçirilir.
İnanırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaqlar. Bu yolda onlara uzun ömür, cansağlığı, yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət göstərdiyi ötən 7 il ərzində ölkədə səfərbərlik işini təşkil etmiş, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, çağırışçıların müddətli həqiqi hərbi xidmətə cəlb edilməsi və ordu quruculuğu sahəsində qarşıya qoyulmuş vəzifələri müvəffəqiyyətlə həyata keçirmiş, şəffaflıq prinsiplərinə əsaslanaraq dövlət orqanı kimi özünü doğrultmuşdur.



Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi mayor Aqşin Xancanov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Aqşin Xancanov bu işin müqəddəsliyini qoruyub saxlayır. Aqşin Xancanov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Aqşin Xancanovdan danışdılar yaxşı ki, Aqşin Xancanov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi təyin olunub… Aqşin Xancanov öz isguzarlığı ilə tanınır və seçilir….


Aqşin Xancanov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Aqşin Xancanovu heç vaxt əqidəsindən döndərə bilməz.

Aqşin Xancanov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Aqşin Xancanov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Aqşin Xancanov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Aqşin Xancanovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Aqşin Xancanov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Aqşin Xancanov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Aqşin Xancanov özünü doğruldub. Bizdə hörmətli Aqşin Xancanovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər