Latviya ali təhsil müəssisələri bu tədris ilindən etibarən tələbə adı ilə viza alıb ölkəyə gələn gəncləri ciddi nəzarətdə saxlayacaq.
Üçüncü ölkələrdən Latviyaya oxumaq adı ilə gəlmiş şəxslərin ən azı üçdə biri təhsil aldıqları universitetlərə bir dəfə də olsun getməyiblər. Xüsusən Hindistandan gələn tələbələr bu mənada çoxluq təşkil edir. Məhz bu səbəbdən universitetlər balanslarındakı xarici tələbələrin intizamını xüsusi yoxlayacaq. Onlar üçün xüsusi dil kursları yaradılacaq və orada iştirak da məcburi olacaq.
Latviyanın Vətəndaşlıq və Miqrasiya Məsələləri üzrə Baş İdarəsi artıq bu istiqamətdə fəaliyyətə başlayıb və ümumilikdə verilmiş 1111 vizadan 674-ü ləğv olunub.